Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:52

AzadlıqRadiosunun saytı haqda maraqlı faktlar


Dindarların yürüşü
Gözlə
Embed

No media source currently available

0:00 0:03:49 0:00
Direct-ə keçid

2010-cu ilin ən populyar videosu

2010-cu ildə AzadlıqRadiosu.az saytına 151 ölkədən 3 milyon 481 min ziyarət qeydə alınıb.

Oxucuların böyük qismi səhifəmizə Azərbaycandan daxil olub (2 milyon 560 min). Ziyarət sayına görə xarici ölkələrin ilk 10-luğu belədir:

1. Rusiya
2. Türkiyə
3. Almaniya
4. ABŞ
5. Böyük Britaniya
6. Fransa
7. İsveç
8. Ukrayna
9. Çexiya
10. Hollandiya

Gəlin baxaq, görək ötən 365 gündə səhifəmizi ziyarət edənlərin marağını cəlb edən hansı mövzular olub.

İLİN SÖZLƏRİ

Bizim oxucuları 3 kateqoriyaya bölmək olar.

Birinci qrupa daimi oxucular aiddir. Onlar AzadlıqRadiosunun nəyin haqqında yazdığı ilə maraqlanaraq səhifəyə təşrif buyururlar. "Görüm AzadlıqRadiosu bu gün nə haqda yazır?"

İkinci kateqoriyaya isə elə oxucular aid edilir ki, onları AzadlıqRadiosunun səhifəsinə hansısa mövzuya və ya hadisəyə maraq gətirir. "Görüm bu haqda AzadlıqRadiosu nə yazır?"

Və nəhayət 3-cü qrup oxucular səhifəmizə təsadüfən, internet fəzasının axtarış funksiyası vasitəsilə ilə düşürlər. Başqa sözlə, maraqlandıqları hansısa sözü yazırlar axtarış pəncərəsinə və həmin sözə uyğun müxtəlif təkliflər arasında AzadlıqRadiosunda dərc olunan yazı da çıxır.

2010-cu ildə 250 mindən artıq sözün axtarışı ilə səhifəmizə 950 minə yaxın ziyarətçi daxil olub. Ən çox oxucu gətirən sözlərin siyahısına "Azadlıq" və "Azadlıq Radiosu" kəlmələri başçılıq edib. Amma digər nəticələr də diqqəti cəlb edir:

- Eurovision

- Orucluq

- Madrid prinsipləri

- Maşın bazarı

- Əmlak

- Bayraq meydanı

- Aviabiletlərin qiyməti

- Korrupsiya

- Xarici pasport

- WikiLeaks

ƏN ÇOX OXUNAN YAZILAR

2010-cu ilin ən çox diqqət cəlb edən yazısı Arzu Əliyevanın bank biznesi haqqındakı araşdırma olub. "Prezidentin qızı banka necə sahib oldu?" yazısı 111 872 dəfə oxunub. Oxucu marağı göstəricisində sonrakı yerləri aşağıdakı yazılar tutur:

2. "Tağı Əhmədov nə qədər qazanır?"

3. "Gənclərin Rəsulzadə məhəbbətinin acı aqibəti"

4. Eynulla Fətillayevin məhkəməsindən reportaj

5. Kəmaləddin Heydərovun övladlarının biznesi haqda araşdırma

6. "Washigton Post"un Dubay mülkləri haqda yazısı

7. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqda yazı

8. Yol polisi nə vaxt haqlıdır, nə vaxt qanunsuz hərəkət edir? "Korrupsiometr" səhifəsinin ətraflı məlumatı

9. WikiLeaks Mehriban Əliyeva və Paşayevlər haqqında

10. "İlham Əliyevin 3-cü prezidenlik dövrü 2-cidən çətin olacaq" başlıqlı iqtisadi analiz


ƏN ÇOX DİNLƏNƏN PROQRAM VƏ REPORTAJLAR

2010-cu ildə internetdə AzadlıqRadiosunun proqramlarına 9 milyon 688 min 523 dəfə qulaq asılıb. Ən çox dinlənən "Korrupsiometr" bölməsində yerləşdirilən "Kor korrupsiya" ("Dəyirman" qrupu) və "Rüşvətxor müəllim" (Firudin Allahverdi) mahnıları olub. "Oxu zalı"nın uşaqlar üçün hazırladığı nağıllar isə 258 min dəfə dinlənib.

Ən çox qulaq asılan digər audioların birinci onluğu isə belədir:

1. Tağı Əhmədovla müsahibə

2. Yazıçı Anarla söhbət (İşdən sonra proqramı)

3. Məscidlərin sökülməsi ilə bağlı diskussiya (Panorama)

4. Müvəqqəti arvadlığa verilir - Siğə duası haqda araşdırma

5. İsa Qəmbərlə müsahibə (İşdən sonra)

6. Rəbiyyət Aslanova ilə söhbət (İşdən sonra)

7. Flora Kərimova ilə müsahibə (İşdən sonra)

8. Rüstəm İbrahonbəyovla müsahibə (İşdən sonra)

9. Ramiz Rövşənlə söhbət (İşdən sonra)

10. Bəhram Bağırzadə AzadlıqRadiosunun qonağıdır (İşdən sonra)

100 EŞİTMƏKDƏNSƏ BİR BAX

Ötən ildə AzadlıqRadiosunun video və fotosessiyalarına da oxucu marağı kəskin şəkildə artıb. Səhifədə yerləşdirilən ancaq videolara 3 milyon 218 min 966 dəfə baxılıb. Noyabrda işinə başlayaraq WebTV rejimində yaylmlanan AzadlıqTV bir ay yarım ərzində 400 minə yaxın ziyarətçinin diqqətini cəlb edib.

AzadlıqRadiosunun ən çox baxılan multimedia materiallarının ilk 10-ğuna bu yazının girişinə çıxarılan "Bakida dindarların yürüşü" videosu başçılıq edir. Ona 100 mindən artıq adam baxıb.

Top-10 videoların davamı belədir:

2. Gənclərin Qız qalası qarşısında Flashmob tipli askıyası.
3. Neft Akademiyasındakı faciənin ildönümünə həsr olunan aksiyanın qarşısı alınır.
4. Abid Şərifov jurnalistin sualından qıcıqlanır
5. Qəbir daşlar: ehtiram, yoxsa təmtəraq.
6. Səfurə Əlizadə Eurovision-2010 finalından Bakıya qayıdır.
7. Qırğızıstanda qanlı toqquşmalardan görüntülər.
8. Yol polisi və rüşvət
9. Güzgüyə baxıb, onu sındırmaqla gözəl olmaq istəyənlər - bir videokameranın monoloqu.
10. Mülki geyimli şəxlər polis rolunda.

AZADLIQ MEYDANI

Saytımızın ziyarətçilərinin bir qismi ancaq oxumaq, dinləmək və baxmaqla kifayətlənməyiblər. Onlar Azadlıq Meydanı forumuna, yazılara şərhlər də göndərərək müxtəlif mövzular ətrafında fikir mübadiləsinə qoşulublar. Ötən il ərzində AzadlıqRadiosu oxuculardan 100 minə yaxın şərh alıb (səhifəyə buraxılan şərhlərin sayı - red.).

Ən müzakirələrə səbəb olan "Hicablı şagirdlərin valideynləri məktəbə çağılıb" yazısına 921 oxucu şərhi daxil olub (səhifəyə buraxılmayan şərhlər buraya aid deyil - red.).

İlin ən maraqlı şərhi Müxalifətin etiraz aksiyası videosuna gəlib. Biləsuvardan olan Amin adlı oxucumuz yazır:

"Bizim bir yerlinin Bakida iki xuluqan qabagini kesir ve deyirler cibinde neyin var cixart ver bize, o da elemir tenbeliy cigirir azadliq-azadliq, deyir hec bir deqiqe cekmedi polisler tokulub geldiler"

SİMİSZ TELEQRAF

AzadlıqRadiosunun oxucularla ən məhsuldar əməkdaşlığı "Simsiz Teleqraf" saytı vasitəsilə həyata keçirilib. İl ərzində bura 500-dən artıq video və foto göndərilib.

Bizim mobil reportyorların səyləri nəticəsində oxucularımız seçki pozuntularından, yol qəzalarından və təbii fəlakətlərdən xəbər tuturdu. Məsələn, may ayında oxucumuz Abbasın göndərdiyi videolar Kür daşqınlarından olan ilk görüntülərdən biri idi.

Ötən ilin ən maraqlı mobil reportyor görüntülərini diqqətinizə təqdim edib, sizi də əməkdaşlığa dəvət edirik və xatırladırıq ki, maraqlı hadisənin şahidi olsanız onun video və ya fotosunu çəkib, səsini yazıb rahatca bizim sayta göndərə bilərsiz. Unutmayın ki, mobil telefonlar ancaq rabitə vasitəsi deyil.

2010-cu ildə oxucuların saytımıza göndərdiyi ən maraqlı video və fotolar:

1. Fiqurlu avtobussürmə (anonim)

Bakıya qar yağanda...
Gözlə
Embed

No media source currently available

0:00 0:00:11 0:00
Direct-ə keçid


2. Don Kixot: "Madriddə binalarla ağacların harmoniyası" (foto)

3. Seyran Əbilov: ""Kərpiç" küçəsi" (foto)


Hörmətli oxucular, bəs 2011-ci ildə saytımızı necə görmək istərdiniz? Arzu və təkliflərinizi şərh kimi bizə yazın.
XS
SM
MD
LG