Dinlə

Canlı efir

Növbəti veriliş

Sorğu

... ... ...
BAŞQA SORĞU: Rüşvət alan məmurdan şikayət etsəniz nə baş verər?

Qeyri-adi teatr tamaşası 12 saat davam edəcək!

Amerikada Dostoyevskinin “Şeytanlar” romanını səhnələşdiriblər. Cəmi 2 dəfə göstəriləcək tamaşaya biletlər bir neçə saata satılıb qurtarıb. davamı

Rasət Pirisoyu: Nəriman Əbdürrəhmanlı özünə "səksəninci" deməsin!

"Bu yazıçılar əsərlərinin gözünə adətən bir az «dünyadan yorğun narazılıq»» qatırlar, bir az «şərq müdrikliyi» əlavə edirlər, qəhrəmanlarını yazıq, tənha, yalqız göstərməklə oxucuda rəğbət doğurmaq istəyirlər". davamı

"Məndə həmişə belə hiss var ki, maşın qəzasında öləcəm" Dinlə

"Yalqız" əsəri Milli Kitab Mükafatı müsabiqəsinin onluğuna düşən yazıçı Nəriman Əbdürrəhmanlı "dəfələrlə intihar etmək istəmişəm" deyir. davamı

Klassik dünyasını dəyişdi

Migel Delibes diktaturanın, siyasi tiraniyanın insan psixologiyasına və taleyinə mənfi təsirlərindən yazırdı. davamı

HİV-li yazıçını ölkəyə buraxmırlar

“Bu, qorxudan və avamlıqdan irəli gələn bir ayrı-seçkilikdir və maarifpərvər və mədəni görünmək istəyən bir xalqa yaraşmaz”. davamı

Həftənin xəbərləri

Türkmənistanda ilk müzikl səhnəyə qoyuldu - "Arşın mal alan"

Azərbaycanda Üzeyir Hacıbəylinin eyni adlı əsəri əsasında çəkilən film də Türkmənistanda populyardır. davamı

Aqşin Yenisey birinci yerdədir

“Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu gənc yazarların kitablarının necə satıldığından danışıb. davamı

Aysel Teymurzadə nağıl qəhrəmanı oldu

Mən hələ balaca olarkən bu nağıl mənim ən sevdiyim personajlardan biri idi. Ümid edirəm ki, bu nağılı izləyən azyaşlılar mənim oradakı məharətimi bəyənəcəklər. davamı

Bakıda Məmməd Araz küçəsi olacaq

Prezident İlham Əliyev görkəmli şairin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. davamı

Orxan Pamuku belə görməmişdik...

Türk mediası Pamukun hind yazıçısı Kiran Desai ilə Qoa çimərliyində çəkilən görüntülərini yayınlayıb. davamı

İranda Azərbaycanı "Nizamini mənimsəməkdə" günahlandırdılar

Azərbaycan səfirinin hərəkəti İrandakı bəzi dairələrdə qıcıq doğurdu. Əsas kimi də o göstərilir ki, "Azərbaycan cəmi 20 ildir müstəqil dövlətdir". davamı

Qərb dəyərlərini şübhə altına alan fransız yazıçının azərbaycanca əsəri çap olundu

Mişel Uelbek dünyada ən çox oxunan fransız yazıçılarındandır. Onun tənqidinin əsas hədəfi seksual azadlıqdır. davamı

Google 1 milyon kitabı İnternetə yerləşdirmək haqqı qazandı

İtaliyanın Mədəniyyət Nazirliyində hesab edirlər ki, bu, kitabları böyük faciələrdən xilas edəcək. davamı

 

Azərbaycan ədəbiyyatının Seyfəttin Altaylıya borcu var...

“Köç” romanına görə mənə verilən tərcümə qonorarının hamısını Bakıda Mövlud Süleymanlıya təqdim etdim... “Əsrimizin Siyavuşu” əsərini Türkiyə türkcəsinə çevirdim, amma öz imzamı qoymadım... Günel Mövludun bir neçə əsərini oxuyub kənara qoydum... davamı

 

Mirzə Cəlil erməni və müsəlman qadınlarının fərqi haqda

"Əgər müsəlman övrətləri gözlərini açıb qəflət yuxusundan oyansalar, biz kişilərdən boşanıb, yəhudilərə, bütpərəstlərə, yaponlara... övrət olmağı rəva görərlər". davamı

Son yazılar

Biləcəriyə qədər və Biləcəridən sonra... Azərbaycan mədəniyyəti

Məmləkətin Biləcəriyə qədər sinəsinə vuran sənətçisi “zaslujennıy, narodnıy xudojnik” titulu üçün özünü öldürür... Amma Azərbaycanda layiq olduğu qədər xatırlanmayan Mircavadın rəsmləri dünya kataloqlarında... davamı

Yazıçılar Birliyinin üzvlərinin sayı 5 dəfə azaldılsın!

Bunu baş nazirin müavini, xalq yazıçısı Elçin təklif edir. O, yazıçıları attestasiyadan keçirməyin vacibliyini düşünür. davamı

Tehran Əlişanoğlu "Əgər mən ekspert olsaydım..."

Milli Kitab Mükafatı müsabiqəsinə təqdim edilən əsərlərin təhlili. davamı

Herta Müllerin "PASSPORT"u: Diktaturanın "bac aldığı" namus

“Milisioner mühacirətə getmək istəyən qadınları poçt idarəsinin döşəməsindəki döşəkdə gözləyir... Keşişin isə kilsədə - cübbələrin saxlandığı otaqda dəmir çarpayısı var..." davamı

Türkiyədə Azərbaycan yazıçılarını tanıyan varmı?

"Kitabın baskısı 1000 nüsxə olub, bunun 800-nü Bakıya göndəriblər..." İstanbuldakı Bilgi və Yedditəpə Universitetlərinin müəllimi, tərcüməçi Arif Acaloğlu ilə Azadlıq Radiosunun İstanbul müxbiri Mais Əlizadənin söhbəti. davamı
Bütün yazılar bir sırada

Əlaqə

Azadlıq Radiosunun Ədəbiyyat səhifəsi haqda rəy və təkliflərinizi, eləcə də əsərlərinizi bu ünvana göndərə bilərsiz.
oxuzali@azadliqradiosu.az

 

Aqşin Yenisey "TAQQULBABDAN SONRA LELLO" (Hekayə)

Çoxuşaqlı evdə böyümüşəm. Atam əyyaş idi. Evə ətdən başqa heç nə almırdı. Biz bəzən günlərlə qaynadılmış ətdən savayı heç nə yemirdik. Uşaqlıqdan həyatımı və ətrafımı ətsiz təsəvvür edə bilmirəm, dörd tərəfim ətdir, qarabasma kimi hər yanda ət görürəm. davamı

Eyvaz Zeynalov "GİLAS AĞACI" (Hekayə)

Balaqədəş gözdə-qulaqdaydı, dediyinə görə, gəzdirmək üçün əlavə daha bir it də tapsaydı, məktəbi, müəllimliyi birdəfəlik atacaqdı. Çünki it gəzdirməklə məktəb, dərs demək qətiyyən tutmurdu. davamı

 

MÜZAKİRƏYƏ QATIL: BÜTÜN DİNLƏRİ PUÇ VƏ ƏFSANƏ SAYDIĞI ÜÇÜN MİRZƏ FƏTƏLİ ÖLDÜMÜ?  





















Kimdən: Əhli-beyt 
Biz onun "Kamaluddovle" eserinde sevimli peygemberimize qarsi istifade etdiyi o menfur sozu hec vaxt unutmayacagiq!!!

Kimdən: l 
Biz de unutmamishiq ve Axundova minnetdariq ki bizi QARANLIQdan qurtarib.

Kimdən: adi müsəlman 
Dinsizlerin aqibetini gormek ucun, Fironun, Pompeyin ve.s tarixi shexsiyyetlerin ve milletlerin sonuna baxmaq lazimdir.

Kimdən: Anonymous 
Axundov dinleri puc ve efsane hesab edib,Allahi yox!

MÜZAKİRƏYƏ BURDA QOŞUL!

 

Müasir yazıçılardan kimi tanıyırsız?

Televizyonçu ilə yazıçını səhv salanda... Bakı küçələrində sorğunu Azadlıq Radiosunun müxbiri Ülkər Akifqızı keçirib.

Video

YAZIÇI AC OLMALIDIR...

Pərviz Cəbrayıl "Yad dildə" adlı son romanını bitirərkən uzun illər uşağı olmayan və birdən-birə övladı olan atanın sevincini yaşayıb.

                            Başqa videolara bax

Uşaqlar üçün


GÜNƏŞİN NAĞILI
(Nağılı Kəbiran Dilavərli səsləndirir)
 

 

                        Başqa nağılları dinlə