Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 16:42

BMT Bosniya müharibəsində zorlamaların istintaqını tələb edir


BMT-nin rəsmisi bildirir ki, Bosniya müharibəsi zamanı törədilən zorlamaların araşdırılması üçün daha yaxşı işləmək lazımdır. Təşkilatın Münaqişələr zamanı Seksual zorakılıq üzrə Xüsusi Nümayəndəsi Margot Wallstroem noyabrın 12-də Sarayevoda olub.

Xanım Wallstroem məlumat verib ki, Bosniya müharibəsi dövründə seksual zorakılıqların 50-60 min qurbanı olduğu guman edilir. Amma hələlik onlardan yalnız 12-i üzrə istintaq aparılıb.

BMT-nin rəsmisinin məlumatına görə bunun üçün Bosniyada lazım olan qanunlar qəbul edilib. İndi onların icrası təmin edilməlidir.
XS
SM
MD
LG