Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:05

Adnan Hacızadə: «14 aydır həbsdəyəm»


Adnan Hacızadə
Adnan Hacızadə
Oktyabrın 1-də bloqqer Adnan Hacızadənin apelyasiya şikayətinə baxılıb.

Proses zamanı hakim barmaqlıqlar arxasında oturan müttəhimə onun özünü niyə narahat aparmasıyla bağlı sual verib

Hakim: Adnan Hacızadə nəyə görəsə narahatsız, deyəsən, yeriniz narahatdır?

Adnan Hacızadə: Cənab hakim, narahat olmalıyam da, 14 aydır həbsdəyəm, necə narahat olmayım.

Hakim: Siz xaricdə təhsil almış adamsız, sizi hamı nümunəvi adam kimi tanıyır, niyə belə narahatlıq keçirisiz.

Bu vaxt söhbətə Adnan Hacızadənin vəkili İsaxan Aşurov müdaxilə etdi.

İsaxan Aşurov: Cənab hakim Adnan Hacızadə elə bir ölkədə təhsil alıb ki, orda adamların necə oturub-durduğuna fikir vermirlər. (Amerika Birləşmiş Ştatlarında təhsil alıb)

Bloqqer cəzaçəkmə müəssisəsinin nümayəndələrinin məhkəməyə gəlmədiyini əsas gətirərək prosesin təxirə salınmasını istəyib. Hakim vəsatəti təmin edib və proses oktyabrın 21-i saat 15.00-dək təxirə salınıb.

Qaradağ rayon Məhkəməsi Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini təmin etməyib. O, cəzasının tən yarısını çəkib. Apelyasiya şikayəti də bu qərardan verilib.

Adnan Hacızadə və digər bloqqer Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Bloqqerlər və beynəlxalq təşkilatlar bu ittihamı qonadrma hesab edirlər.

Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.
XS
SM
MD
LG