Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:27

DSK sədri: «Mən Ərəstun Oruclunu yubatmıram»


Ərəstun Oruclu
Ərəstun Oruclu
«100 saylı Şəmkir-Daşkəsən dairə seçki komissiyasının sədri Şahin Pənahov dörd gündür ki, mənim sənədlərimi qəbul etmir».

AXCP-Müsavat seçki blokundan namizədliyi irəli sürülən Ərəstun Oruclu belə deyir. O, bu halın aradan qaldırılması üçün artıq prezident İlham Əliyevə və Prezident Administrasiyası icra aparatının rəhbəri Ramiz Mehdiyevə müraciət edib.

«Sentyabrın 25-də sənədlərimi DSK-ya aparanda dedilər ki, sədr yoxdur, nahardan sonra gəlin. Günortadan sonra bildirdilər ki, guya Daşkəsəndəki məntəqələri yoxlayır, gəlməyəcək. Şənbə-bazar isə seçki komissiyası işləmədi, ancaq qanuna görə işləməliydi. Bazar ertəsi nəhayət komissiya sədri mənə telefonda dedi ki, sənədləri göndərin. Amma yenə də sədr yerində olmadığı üçün sənədlərim qəbul olunmadı. Bu gün sentyabrın 28-dir və mənim səlahiyyətli nümayəndəm yenə orda gözləyir, sədr hələ də yerində yoxdur».

Ərəstun Orucluya görə, onun sənədlərinin qəbulunda qəsdən maneələr yaradılır ki, o, qeydiyyatdan keçməsin.

«İmza vərəqələrinin son təqdimat günü oktyabrın 7-dir. Mən belə başa düşürəm ki, mənim sənədlərimi oktyabrın 1-də qəbul edib, qanunun tələbinə uyğun beş gün sonra – oktyabrın 6-da isə imza vərəqələrini verəcəklər. Bir gün içində imzaları yığmaq texniki və fiziki baxımdan mümkün deyil. Mən belə görürəm ki, seçkilərdə iştirak etməməyim üçün hakimiyyətin yüksək pilləsindən göstəriş verilib. Mən baş verənlərə görə hakimiyyəti ittiham edirəm və tələb edirəm ki, bu özbaşınalığa son qoyulsun».

DSK sədri Şahin Pənahov AzadlıqRadiosuna deyir ki, o, Ərəstun Oruclunu yubatmır. Sadəcə son bir neçə gündə işlə bağlı Daşkəsəndə olub.

«O da sənədlərini katibliyə təqdim etmək istəməyib. Deyib ki, şəxsən sədrə vermək istəyirəm. Bu gün Bakıdan bağlama gəlib, onu payladıqdan sonra günün ikinci yarısında iş yerimdə olacağam. Gəlsin sənədlərini qəbul edək. Amma dediyi kimi mən onu yubatmıram».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG