A.M.A.Y. RƏHBƏRLİYİ KÖMƏK İSTƏYİR
A.M.A.Y. ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev dövlət başçısına müraciət edib. İş adamı bu addımını onunla izah edib ki, hüquq-mühafizə orqanları və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi şirkət rəhbərlərinə qarşı qanunsuz davranırlar.
Onun sözlərinə görə, A.M.A.Y.-la işləyən iki şirkətin başçısı həbs olunub.
Abdulla Abdullayev prezidentdən xahiş edir ki, kredit götürmüş iş adamlarına möhlət verilsin. Bundan başqa, onlara əlavə vəsait verilsin ki, iqtisadi böhran zamanında işlərini inkişaf etdirsinlər…
Prezident bu müraciətə cavab verəcəkmi, bəlli deyil. Amma parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Əhəd Əhmədova görə, ölkə rəhbərliyi sahibkarlığın inkişafı üçün hər cür şərait yaradıb. O ki qaldı, iş adamlarına hüquq-mühafizə orqanlarının və ya Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təzyiqləri haqda deyilənlərə:
«O dediyi düz deyil. Təzyiq-zad yoxdur. Azərbaycanda iş adamlarına bu qədər şərait yaradılıb. Bunu hamı görür də…».
«MİTİNQÇİLƏRƏ DİVAN TUTANDA BİLMƏLİYDİ Kİ…»
A.M.A.Y. rəhbərliyi mətbuatda birinci dəfə deyil çıxış edir. Elə mətbuat da onun adını indiyədək az hallandırmayıb. Müxalif mətbuat bu qurumun keçmiş prezident Heydər Əliyevin qardaşlarının birinə yaxınlığından, hətta müxalifət partiyalarının keçirdiyi mitinqlərin dağıdılması üçün xüsusi dəstələr saxlamasından dəfələrlə yazıb.
Elə Abdulla Abdullayev özü də mətbuat konfransında bu haqda danışıb. O deyib ki, mitinqdə müxalifətçiləri döydürməsi haqda deyilənlər yanlışdır. Amma etiraf edib ki, mitinqləri dağıtmaq sistemini o qurub.
«Mitinqçilərə divan tutanda A.M.A.Y. rəhbərliyi bilməliydi ki, gec-tez bunun bədəlini ödəməlidir».
Bunu isə «Müxalifət» qəzetinin əməkdaşı Rövşən Kəbirli deyir. Yeri gəlmişkən, bir neçə il öncə bu qəzetin iki əməkdaşı A.M.A.Y.-dan, bu qurumun İlham Əliyevin əmisi, akademik Cəlal Əliyevə mənsub olması haqda yazdığına görə həbs edilmişdi.
Onlardan biri də Rövşən Kəbirliydi.
Hərçənd Rövşən Kəbirli bu qənaətdədir ki, Azərbaycanda heç zaman azad biznes mühiti olmayıb. Sadəcə, hakim qruplaşmaların nəzarətindəki sahələri işlədənlər və ya icraçılar olub.
Rövşən Kəbirli düşünür ki, Abdulla Abdullayev də onlardandır və indi də o iş adamlarının mövqeyini qorumur. Sadəcə, «Azərsun» holdinqin prezidenti Abdulbari Goozal ilə maraqlarının toqquşmasından sonra dillənməli olub.
Elə Abdula Abdullayev də mətbuat konfransında bu məsələyə toxunub. Hətta bu haqda danışarkən tutulmaqdan və ya ölümdən qorxmadığını da bildirib.
Rövşən Kəbirli isə A.M.A.Y. rəhbərliyinin indi cəzalandırılmasını istəmir:
«Baxmayaraq ki, biz həbs olunanda A.M.A.Y. da bizə qarşı iddia qaldırıb bir milyon manat təzminat istəyirdi».
«MÜXALİFƏT SIRADAN ÇIXDIĞI ÜÇÜN QOÇU DƏSTƏSİ SAXLAYANLARA DA EHTİYAC QALMAYIB»
Son günlərdə təzyiqdən danışan iş adamı isə təkcə Abdulla Abdullayev deyil. Sabiq deputat, başqa bir iş adamı Hüseyn Abdullayev də mətbuata təzyiqlərlə üzləşdiyini demişdi.
Düzdür, bu zaman söhbət siyasi təzyiqdən gedirdi.
Hüseyn Abdullayev deputatlığa namizədliyini vermək istəsə də, söylədiyinə görə, ona edilən təzyiqlər üzündən geri çəkilməli oldu.
«Tolerant» Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğluna görə, son hadisələr sadəcə, hakimiyyətdəki qruplaşmaların daxili savaşının nəticəsidir:
«Yəni nə Hüseyn Abdullayev, nə də Abdulla Abdullayev azad biznes nümayəndələridir. Vaxtilə hakimiyyətə yaxınlıqları ilə seçiliblər.
İstər Hüseyn Abdullayevlə bağlı, istərsə də Abdudla Abdullayevlə bağlı belə fikirlər səslənirdi ki, onlar qoçu dəstələrinə rəhbərlik edirlər.
O adamlar hakimiyyətin qara işlərinə yetərincə pullar buraxıblar».
Azər Rəşidoğluna görə, bu gün müxalifət məhv edildiyindən bu adamlara ehtiyac qalmayıb və onlar da bir-bir vurulur.
«MƏNƏ CAVAB VERƏRLƏR»
Abdulla Abdullayev isə mətbuat konfransında deyib ki, prezidentdən cavab gözləyir:
«Cavab alacağıq. Mənə cavab verərlər. Müsbət də, mənfi də olsa verərlər. Azərbaycanda məsələlər siz düşündüyünüz kimi deyil».
İş adamı deyir ki, cavab gəlməsə belə işini davam etdirəcək: «İtirəcəyik, gedib başqa dövlətə qulluq edəcəyik».