Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:33

«Məhkəmədən mərhəmət diləmək fikrim yoxdur»


«Sərhədsiz Reportyorlar» hökuməti «Müxalifət»çilərin işinə yenidən baxmağa çağırıb
«Sərhədsiz Reportyorlar» hökuməti «Müxalifət»çilərin işinə yenidən baxmağa çağırıb

«Məhkəmədən mərhəmət diləmək fikrim yoxdur, onsuzda öz bildikləri hökmü çıxaracaqlar». «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli Apellyasiya Məhkəməsində bu fikirləri deyib.


İyulun 5-də Apellyasiya Məhkəməsində «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin apellyasiya şikayətinə baxılıb.


Rövşən Kəbirlinin vəkili Aslan İsmayılov məhkəmə predmeti olan yazıda faktların dəqiq olduğunu bildirib. Vəkil yalnız məqalədə gedən şəkillərin yazıya aid olmadığını söyləyib.


Aslan İsmayılov dedi ki, Yasamal Rayon Məhkəməsinin hökmü əsassızdır və jurnalistlərə bəraət verilməlidir.


İddiaçı tərəfin nümayəndəsi İkram Şirinov isə şikayətin əsassız olduğunu və təmin edilməməsini istədi.


Prosesə sədrlik edən hakim Mirpaşa Hüseynov qərarın iyulun 6-da keçiriləcək iclasda açıqlanacağını bildirdi.


«Müxalifət»çilər böhtan maddəsi ilə ittiham olunaraq, iki il altı müddətinə azadlıqdan məhrum ediliblər. Buna səbəb bu ilin fevralında qəzetdə getmiş «A.M.A.Y. Əliyevlər ailəsinin ticarət nişanıdır» başlıqlı məqalə olub. Prezidentin əmisi, akademik Cəlal Əliyev həmin məqalə ilə bağlı xüsusi ittiham qaydasında iddia qaldırmışdı.


İyulun 3-də «Sərhədsiz Reportyorlar» Təşkilatı da Azərbaycan hökumətini Rövşən Kəbirli və Yaşar Ağazadənin işinə yenidən baxmağa çağırıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG