Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Rövşən Kəbirli və Yaşar Ağazadə Ədliyyə Nazirliyini məhkəməyə verib


Jurnalistlər iddia ərizəsində yazırlar ki, onların saxlandığı kamera insan həyatı, sağlamlığı üçün təhlükəlidir
Jurnalistlər iddia ərizəsində yazırlar ki, onların saxlandığı kamera insan həyatı, sağlamlığı üçün təhlükəlidir

«Müxalifət» qəzetinin əməkdaşları Rövşən Kəbirli və Yaşar Ağazadə Ədliyyə Nazirliyini məhkəməyə verib. İyulun 13-də Yasamal Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsində iddiaçılar məhkəmədən başqa kameraya köçürülmələri, yaxud saxlandıqları kameranın normativlərə uyğunlaşdırılması və onlara vurulmuş mənəvi zərərə görə, cavabdehdən 100.000 manat tutulması barədə qərar çıxarmağı xahiş edirlər .


Jurnalistlər iddia ərizəsində yazırlar ki, onların saxlandığı kamera insan həyatı, sağlamlığı üçün təhlükəlidir: «30-dan artıq məhbusun yerləşdirildiyi 24 çarpayılıq kamera iki aya yaxın müddətdə dezinfeksiya edilməyib, döşəkağları, yataq dəstləri dəyişdirlməyib. Hər yer çirklidir, döşəkağları çirkdən qaralıb, içəri üfunət qoxuyur. Hərəkət etmək mümkün deyil, hərəkətsizlik insanı süstləşdirir, sümüklərin keyləşməsinə səbəb olur».


Yaşar Ağazadə və Rövşən Kəbirli Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasının 85 saylı kamerasında saxlanılır. Onlar Azərbaycan prezidentinin əmisi, deputat Cəlal Əliyevin şikayəti əsasında 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. C.Əliyev «Müxalifət» qəzetində dərc olunmuş «A.M.A.Y – Əliyevlər ailəsinin ticarət nişanı» məqaləsində ona böhtan atıldığını və şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir.


XS
SM
MD
LG