Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Keçmiş deputat ona təzyiqlər olduğunu deyir


Hüseyn Avdullayev
Hüseyn Avdullayev
Sabiq deputat Hüseyn Abdullayev ona təzyiqlər olduğundan parlament seçkilərində namizədliyini irəli sürməyəcək. AzadlıqRadiosuna müsahibəsində H.Abdullayev konkret kimlərin ona təzyiq etdiyini açıqlamayıb:

«Bir neçə gün öncə keçən parlament seçkilərində qalib olduğum dairədən – 25 saylı Nizami Seçki Dairəsindən namizədliyimi irəli sürmək üçün rəsmən müraciət etdim. Bunun ardınca ən müxtəlif səviyyələrdən namizədliyimi geri götürülməyim üçün mənə ciddi təzyiqlər başlandı. Təzyiqlər çox çirkin səviyyədədir, ona görə də yaranmış bu vəziyyət imkan vermir ki, seçicilərimin yanında olum».

Hüseyn Abdullayev son günlər mətbuatda onun haqqında şayiə xarakterli xəbərlərin də yayıldığını bildirib. Bəzi mətbuat orqanlarında sabiq deputatın xalq arasında «Bandotdel» kimi tanınan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmağı və orada təzyiqlər, təhdidlərlə üzləşməyi haqqında xəbərlər yayılıb. Hüseyn Abdullayev bu cür məlumatların heç bir əsası olmadığını deyir:

«Bu şayiələrin heç bir əsası yoxdur, heç kim məni həbs etməyib. Mən gördüyünüz kimi azadlıqdayam. Təzyiqlər başqa səviyyədədir. Mənə açıq şəkildə bu seçkiyə qatılmayın deyirlər».

Hüseyn Abdullayev hesab edir ki, ona qarşı olan təzyiqlər millət vəkili olduğu müddətdə seçicilərinin problemləri ilə yaxından məşğul olması və bunun da müəyyən dairələr tərəfindən bəyənilməməsi ilə bağlıdır.

Hüseyn Abdullayev 2005-ci ildə 25 saylı Nizami Seçki Dairəsindən millət vəkili seçilib. 2007-ci ildə parlamentdə hökumətin hesabatı dinlənilərkən onunla hakimiyyətyönlü Ana Vətən Partiyasından olan millət vəkili Fəzail Ağamalı əlbəyaxa olublar. Bundan sonra Hüseyn Abdullayev haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib. Milli Məclisin 2007-ci il martın 21-də keçirilən iclasında isə onun deputat səlahiyyətlərinə xitam verilib.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG