Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Hüseyn Abdullayev 2 ay müddətinə həbs olunub


Nəsimi Rayon Məhkəməsi baş prokuror Zakir Qaralovun təqdimatını təmin edib
Nəsimi Rayon Məhkəməsi baş prokuror Zakir Qaralovun təqdimatını təmin edib

Deputat Hüseyn Abdullayev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Bayıl təcridxanasında saxlanılır. Bu barədə «Azadlıq» radiosuna deputatın vəkili Ramiz Zeynalov deyib: «Nəsimi Rayon Məhkəməsi Baş prokuror Zakir Qaralovun təqdimatını təmin edib və Hüseyn Abdullayev 2 ay müddətinə həbs olunub».


Ramiz Zeynalov deyib ki, martın 27-nə kimi bayram günləri olduğundan, məhkəmə qərarının dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti yalnız bayramdan sonra veriləcək.


Dünən Fəzail Ağamalı ilə Hüseyn Abdullayevin istintaq idarəsində üzləşdirilməsi zamanı Ağamalı Abdullayevə arxadan zərbə vurmasını inkar edib.


Cinayət işi deputat Fəzail Ağamalının martın 16-da Baş Prokurorluğa ərizə ilə müraciətindən sonra, döymə və xuliqanlıq maddələri üzrə açılıb.


Hüseyn Abdullayev martın 16-da, hökumətin parlamentə hesabatı zamanı həmkarı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlbəyaxa olub. Martın 19-da isə parlament Hüseyn Abdullayevin toxunulmazlıq hüququnu ləğv edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG