Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Hüseyn Abdullayev toxunulmazlıq hüququndan məhrum edildi


Bu arada Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb
Bu arada Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

Hüseyn Abdullayev deputat toxunulmazlığı hüququndan məhrum edildi. Martın 19-da Milli Məclisin növbədənkənar iclasında bu barədə qərar qəbul edilib. Baş prokurorun təqdimatında deyilir ki, Abdullayev martın 16-da hökumətin parlamentə hesabatı zamanı həmkarı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını döyüb. Millət vəkillərinin bəziləri əslində, Fəzail Ağamalının ona hücum etdiyini söyləsələr də, yekunda məsələ səsə qoyulub və H.Abdullayevin toxunulmazlıq hüququ ləğv edilib.


Martın 19-da həm də Səbail Rayon Məhkəməsi Abdullayevin həbsi barədə qərar çıxarmalıdı.


Millət vəkilinin artıq həbs olunduğu barədə də xəbərlər dolaşır. Hələlik bu məlumatları təsdiqləmək mümkün olmur.


Bu arada Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Komitənin sədri Eynulla Fətullayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, bir çox ölkə ziyalısının və millət vəkillərinin də üzv olduğu qurum Abdullayevin dərhal azadlığa buraxılmasını və deputat mandatının ona qaytarılmasını tələb edir.


Baş prokurorun Milli Məclisə göndərdiyi təqdimatda deputat Hüseyin Abdullayev adam döymə və zorakılıq, eləcə də xuliqanlıqda ittiham olunur. Bu maddələr ən azı şərti maliyyə vahidinin iki yüz mislinədək – təxminən 250 manat cərimə, ən yuxarısı isə 6 aydan 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


Onun deputat mandatının əlindən alınıb-alınmayacağını isə məhkəmə həll edəcək.



AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG