Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:35

Kramer «Freedom House»a keçdi


David Kramer
David Kramer
«Freedom House» təşkilatı bu gün bəyan edib ki, David Kramer qurumun yeni icraçı direktoru seçilib.

Kramer 2008-ci ilin martından 2009-cu ilin yanvarına kimi ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi olub.

Bundan əvvəl üç il müddətində dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.

Sonrakı dövrdə ABŞ-da Marşal Fondunun baş əməkdaşı və «Karneqi» Fondunun Rusiya və Avrasiya üzrə direktor müavini olub.

«David Kramer demokratiya və insan hüquqları sahəsində böyük hörmət qazanıb. O, öz karyerası dövründə azadlıq ideyasının qatı tərəfdarı olduğunu nümayiş etdirib», - «Freedom House» təşkilatının Himayədarlar Şurasının sədri WilliamTaft bildirib.

Kramer icraçı direktor vəzifəsinə oktyabrın 4-də başlayacaq. O 2001-ci ildən bu postda çalışan Jennifer Windsoru əvəz edəcək.

«Freedom House»un vəzifəsi hər gün dünyada əsas azadlıqlar uğrunda mübarizə aparmaqdır və mən bu cür təşkilatı təmsil etməkdən şərəf duyuram», - Kramer vurğulayıb.

David Kramer «Turan»-a qısa şərhində bildirib ki, «Freedom House» bundan sonra da Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyəti diqqət mərkəzində saxlayacaq.

ABŞ-da yerləşən «Freedom House» qeyri-hökumət təşkilatı demokratik dəyişikliklərə tərəfdardır, dünyada azadlığın vəziyyətinə nəzarət edir, insan hüquqlarını müdafiə edir.
XS
SM
MD
LG