Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:40

Avropa Məhkəməsi laçınlıların işinə baxacaq


Sentyabrın 15-də Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında «Çıraqov və başqaları Ermənistana qarşı» adlı iddiaya baxacaq.

Məhkəmənin rəsmi saytında yayılan məlumatda bildirilir ki, altı iddiaçı Laçın rayon sakinidir və onlar özlərinin Azərbaycan kürdü olduğunu göstəriblər.

Şikayətçilər iddia ərizələrində bildiriblər ki, Laçın rayonu Ermənistanın işğalına məruz qaldığı üçün onlar öz mülklərindən istifadə edə bilmirlər və Ermənistan hökuməti də onlara dəymiş ziyanı kompensasiya etməyib.

Şikayətçilər qeyd ediblər ki, əgər onlar erməni və xristian olsaydılar, Ermənistan silahlı qüvvələri onları evlərindən qovmazdı. Buna görə də, iddiaçılar Konvensiyanın mülkiyyət və şəxsi həyat toxunulmazlığı maddələriylə yanaşı milli-dini ayrıseçkilik maddəsi üzrə də iddia qaldırıblar.

Məhkəmənin saytında bildirilir ki, iddiaçıların ərizələri 2005-ci il aprelin 6-da Avropa İnsan Haqları Məhkəməsinə daxil olub.

Həmin gün Avropa Məhkəməsində «Sarkisyan Azərbaycana qarşı» işinə də baxacaq. Minas Sarkisyan 1929-cu ildə doğulub və Yerevanda yaşayıb. O, 2009-cu ildə vəfat edib. Onun adından iddianı qadının uşaqları irəli sürüb.

İddia ərizəsində Minas Sarkisyanın Azərbaycanın Şaumyan (indiki Goranboy) rayonunun Gülüstan kəndində yaşadığı və bu ərazinin əhalisinin 82 faizinin erməni olduğu bildirilir. Ərizədə göstərilir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan hərbiçiləri Gülüstan kəndini bombalayıb və bir çoxlarınkı kimi onun da evi dağılıb. Şikayətçilər Konvensiyanın mülkiyyət və şəxsiyyət toxunulmazlığı, o cümlədən milli ayrı-seçkilik maddələri üzrə iddia qaldırıblar.

Minas Sarkisyanın ərizəsi 2006-cı il avqustun 11-də Avropa Məhkəməsinə daxil olub.

Məhkəmə saytının açıqlamasında Dağlıq Qarabağ münaqişəsiylə bağlı da məlumat verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG