1950–ci il 5 apreldə Sovet hökuməti SSRİ Xalq təsərrüfatının bərpa və inkişafı üçün Beşinci dövlət istiqrazının buraxılması haqqında qərar verir. Azərbaycanda böyük təbliğat maşını işə düşür. Hər kəs istiqraz almağa cəlb edilir. Qəzetlərdə isə istiqraz alan rayonlardan geniş məqalələr yazılır.
«Kommunist» qəzetinin 5 may 1950 –ci il sayında Şamaxı rayon zəhmətkeşlərinin istiqraz almalarından bəhs edən məqalə dərc edilib.
«Yeni istiqraza yazılış böyük müvəffəqiyyətlə davam edir»
«Hədsiz sevinclə
Şamaxı rayonunun zəhmətkeşləri SSRİ Xalq təsərrüfatının bərpa və inkişafı üçün Beşinci dövlət istiqrazının buraxılması haqqında Sovet hökumətinin qərarını böyük sevinclə qarşıladılar. Rayonun bütün idarə, müəssisə, MTS, sovxoz və kolxozlarında bu münasibətlə izdihamlı mitinqlər oldu.
Köylər kəndindəki «Beriya» kolxozunda keçirilən mitinqdə yüksək məhsul manqabaşçısı, Sosialist Əməyi Qəhrəmanı Musa Kərimov yoldaş çıxış edərək dedi:
- Ölkəmiz qüdrətli sənaye-kolxoz ölkəsi olmuşdur. Biz indi öz təsərrüfatımızı mexanikləşdiririk. Hər il çoxlu taxıl əkib bol məhsul götürürük. Bununla kifayətlənməyərək biz artıq öz pulumuzla da doğma dövlətimizə kömək etməyə hazırıq. Mən yeni istiqraza böyük ruh yüksəkliyi ilə yazılıram.
«Artıq pullarını dövlətə borc verdilər»
Əməkdar müəllim Asəf Məmmədov yoldaş ölkəmizdə elm və maarifin gündən-günə çiçəklənməsində dövlət istiqrazlarının rolundan danışdı və buradaca yeni istiqraza həvəslə yazıldı.
M.C.Bağırov adına üzümçülük sovxozunda keçirilən mitinqdə sovxoz ilk partiya təşkilatının katibi Sultan Rəhimov, staxanovçu fəhlə Vera Alimova yoldaşlar və başqaları artıq pullarını dövlətə borc verdilər.
Yeni istiqraza yazılış rayonun Bağırlı sovetliyindəki Stalin, Sabir, Şirvanzadə, Çuxuryurd kəndindəki Lenin, Çarhan kəndindəki Kalinin kolxozlarında da mütəşəkkil keçdi».