Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Stalinin ölümü


"Kommunist" qəzeti
"Kommunist" qəzeti
5 Mart 1953 – cü il. Bu tarix bütün SSRİ əhalisini dəhşətə gətirdi. Sevinənlər də oldu, ağlayanlar da, «ölkənin gələcəyi itdi» deyənlər də. Həmin gün Stalinin vəfat etdiyi tarixdir. Bəs o zamankı qəzetlər bu barədə nələr yazırdı?

Stalin iflic oldu


«Kommunist» qəzetinin 5 mart 1953–cü il sayında Stalinin səhhəti haqqında bülletenlər sıralanıb. Onlardan bir neçəsini diqqətinizə çatdırıram:

«1953–cü il martın 4–də saat 2–də İ.V.Stalinin səhhəti haqqında bülleten.
1953–cü il martın 2–nə keçən gecə İ.V.Stalinin beyninə birdən-birə qan sızmış, nəticədə sağ qıçı və sağ qolu iflic olmuş, huşunu itirmiş və dili tutulmuşdur».

«Martın 4-də gecə saat 2–dək İ.V.Stalinin səhhəti ağır vəziyyətdə qalmaqda davam etmişdir. Beyin funksiyalarının pozulması dərəcəsi bir qədər artmışdır.

SSRİ Səhiyyə naziri A. F. Tretyakov».

Stalinin vəfatı haqqında bülleten


«5 mart günortadan sonra xəstənin halı olduqca sürətlə ağırlaşmağa başlamışdı. Xəstə üzdən və çox tez–tez nəfəs alırdı, nəbzinin sayı dəqiqədə 140-150–yə çatmışdı. Saat 21:50 dəqiqədə ürək– damar və tənəffüs çatışmazlığı artmaqla İ.V.Stalin vəfat edib».

Stalinin vəfatından bir gün sonra, yəni martın 6–da Nazirlər Soveti qərar verib: «Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ İttifaqı Nazirlər Sovetinin qərarı.
1953–cü il martın 6-7-8-9–u matəm günləri elan edilsin». « Kommunist» qəzeti 6 mart, 1953-cü il

Bəs sonrakı illər qəzetlər bu barədə nə yazır?


1954–cü il 5 mart, «Kommunist» qəzeti:

«Bu gün Leninin ölməz işinin dahi davametdiricisi İ.V.Stalinin vəfatının il dönümüdür.

Stalinin ölməz adı sovet xalqının və bütün tərəqqipərvər bəşəriyyətin qəlbində əbədi yaşayır. Yaşasın hər şeyə qalib gələn böyük Marks-Engels-Lenin–Stalin nəzəriyyəsi! Yaşasın xalqımızın rəhbəri – Sovet İttifaqının böyük Kommunist Partiyası!».

Və İ.V.Stalinin xatirəsi adlanan kiçik bir məqalə.

1955–ci il qəzetləri isə Stalinin ölümü, ümumiyyətlə onun barədə heç bir şey yazmayıb. 1963, 1973 – cü il qəzetləri də eləcə Stalini xatırlamaq istəmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG