Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:57

“Harri Potter”ə qarşı daha bir plagiat iddiası


"Harri Potter"in müəllifi Coan Roulinq
"Harri Potter"in müəllifi Coan Roulinq
Populyar Britaniya yazıçısı Coan Roulinq Amerikada da plagiatlıq iddiası ilə üzləşib.

Az tanınan britaniyalı yazıçı Adrian Cakobsun varisləri Roulinqin “Harri Potter” əsərini Amerikada çap edən “Scholastic Inc.” nəşriyyatını məhkəməyə veriblər.

Onlar iddia edirlər ki, Roulinq Cakobsun 1987-ci ildə çapdan çıxan “Sehrbaz Villinin macəraları” əsərinin süjetindən bəzi hissələri müəlliflik hüquqlarını pozaraq öz əsərində istifadə edib.

İddiaya görə, “Harri Potter”də “Sehrbaz Villinin macəraları”nda olduğu kimi sehrbazların yarışması səhnəsi var, baş qəhrəman bu yarışmada iştirak etməklə başqa bir şəxsi xilas etməyə çalışır.

Cakobsun varisləri Roulinqə qarşı analoji iddianı Britaniyada da qaldırıblar.

Britaniyda nəşriyyatla yanaşı Roulinqin özünə qarşı da iddia qaldırılıb.

Cakobsların səlahiyyətli nümayəndəsi deyib ki, onlar “Harri Potter”in çox satıldığı ölkələrdə belə addımlar atmağı düşünürlər, Amerika isə Roulinqin əsərlərinin ən çox satıldığı ölkədir.

Yazıçı Adrian Cakobs 1997-ci ildə vəfat edib.

C.Roulinq Cakobsun kitabını oxumadığını bildirir və plagiat iddialarını rədd edir.

İşsiz evdar qadın olmuş C.Roulinq 1997-ci ildən bəri "Harri Potter" haqda kitablar yazmaqla milyarder olub.

""Harri Potter" indiyəcən 67 dilə tərcümə edilib və dünyada 400 milyon tirajla satılıb.

Həmçinin oxu
Britaniyada “Harri Potter”in müəllifini məhkəməyə verdilər
"Harri Potter" onilliyin ən yaxşı kitabları sırasındadır

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG