Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

"Harri Potter" onilliyin ən yaxşı kitabları sırasındadır


2009-cu il başa çatmaqdadır və bir çox dərgilər və veb-saytlar özlərinin “onilliyin ən yaxşı romanı” siyahılarını dərc edirlər.

Bir çox siyahılara britaniyalI yazıçı C. Roulinqin uşaqlar üçün yazdığı və 7 kitabdan ibarət “Harri Potter”i də daxildir.

“Toronto Sun” yazır ki, C. Roulinq onilliyin fenomenidir. Romanları onu işsiz evdar qadından milyarderə çevirib. “Harri Potter” kitabları ümumilikdə 400 milyon nüsxədən artıq satılıb. Tarixdə ən tez satılan kitab olub.

“Qardian” qəzeti “onilliyin ən yaxşı kitabları”nı illər üzrə sıralayıb və 2007-ci ilin “ən yaxşısı” “Harri Potter” kitablarından biridir.

Bu kitablar əsasında çəkilən filmlər də böyük gəlir gətirib.
XS
SM
MD
LG