Keçid linkləri

2025, 30 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Norveç Azərbaycanda səfirini dəyişdi


Norveçin Azərbaycanda hazırkı səfir Yon Ramberq
Norveçin Azərbaycanda hazırkı səfir Yon Ramberq
Norveç Krallığı Azərbaycana yeni səfir təyin edib. Səfirlikdən APA-ya verilən məlumata görə, təcrübəli diplomat olan və hazırda Xarici İşlər Nazirliyində çalışan Erlinq Şönsberq sentyabrda səlahiyyətlərinin icrasına başlayacaq.

Hazırkı səfir Yon Ramberq 2006-cı ilin dekabrından Azərbaycanda çalışır. O həm də Norveçin Gürcüstandakı səfiridir. Diplomat bu ayın sonunda Azərbaycanı tərk edəcək.
XS
SM
MD
LG