Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:36

«Savadsız müəllim»


«Kommunist» qəzetinin 1938–ci il 15 aprel tarixli sayı
«Kommunist» qəzetinin 1938–ci il 15 aprel tarixli sayı
«Kommunist» qəzetinin 1938–ci il 15 aprel tarixli sayında kənd məktəblərindən birində rus dili müəllimini danlayıblar:

«Kirov rayonunun Hökməli kəndindəki tam olmayan məktəbdə rus dili dərsi müəllimi Ələskərova rast gəldik. O, ilk ağzını açdıqda bizi belə cavabla qarşıladı «детей слабы».

Dərs qurtarmışdı. Uşaqları məktəbdə tapmadıq. Lakin şkafın üstündə bir yığın dəftər gözümüzə sataşdı. Şagirdlərin yazı dəftərləri, onların keçirilən dərsi nə cür mənimsədiklərini həqiqətən bir güzgü kimi göstərirdi. Birinci dəftərin üzlüyündə eynilə belə yazılmışdı: «Тетрадь ученик VII класса Самед Мурадов». Həmin dəftərin içini açdıqda başdan belə yazılmışdı: «Диктант из тема».

Царь – отец пред дворцом
Угостил народ свинцов

«Грузия–ето нащи Советске Субтропики»

Bu dəftərdəki yazılarda dil qanununu belə kobudcasına pozan səhvlər çox idi. Diktanların altında Ələskərovun qırmızı mürəkkəblə yazıdığı «Xoroşo» qiymətini gördükdə xeyli təəccübləndik. Qəribə burası idi ki, belə səhvlərin üstündən keçən bu «müəllim», «yaxşı» qiymətini nə əsasla verdiyini izah etməkdə özü də aciz qalmışdı.

Ələskərov ayaq üstə qurumuşdu. Onun yenə də israr edib şikayətləndiyi yalnız uşaqların zəif olması idi. Şikayətində haqlı olmasını, sübut üçün dəlil olaraq – «hələ siz yaxşısına rast gəlmişsiniz, bir bu uşağın dəftərinə baxın, onda mənim əməyimə yaxşı qiymət verərsiniz», - deyərək Ələmdar adlı bir şagirdin dəftərini bizə uzatdı.

Bu dəftərdə gözümüzə dəyən «Грузия–ето нащи Советске Субтропики» və daha sonra «зиреюут в садах Аджаристан апелси Лмон Мандалин», «Ягуб решают задачи».

Bu göstərdiyimiz səhvlərin üstündən əl dəymədən keçən «müəllimin» dəftərlərdə dalbadal bir nişanəsi görünürdü ki, o da «ploxo» sözü idi.

Biz dəftərlərə diqqətlə göz gəzdirdiksə də, dəftərlərin heç birində müəllimin ardıcıl mükəmməl pedoqoji-metodik işindən bir əsər görmədik. Şagirdlərin yazılarının əvvəlləri ilə axırları arasında heç bir dəyişiklik gözə çarpmadı. Bizə yalnız bircə bu aydın oldu ki, Ələskərov şagirdlərin buraxdığı səhvləri başa düşmədən dəftərlərdə yersiz olaraq «Хорошо», «Плохо» sözlərini işlədərək, gah şagirdləri yüngülvari tərifləmiş, gah da onları haqsız olaraq töhmətləmişdir».

Nəsibov
Axundov

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG