Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:39

Var olsun böyük sərkərdəmiz!


«Kommunist» qəzetinin 1945–ci il 9 may tarixli sayı
«Kommunist» qəzetinin 1945–ci il 9 may tarixli sayı
9 may Sovet ordusunun faşist Almaniyası üzərində qazandığı qələbənin 65–ci ildönümüdür. Bəs 1945–ci ildə qələbə xəbərini isti–isti necə qeyd edirmişlər?

«Kommunist» qəzetinin 1945–ci il 9 may tarixli sayı «Var olsun böyük sərkərdəmiz» şüarı ilə başlayır:

«Azərbaycan zəhmətkeşləri müzəffər Qızıl ordumuzu, qəhrəman sovet xalqını, böyük rəhbər və sərkərdəmiz Stalin yoldaşı tarixi qələbə bayramımız münasibətilə ürəkdən təbrik edir».

Şüarların altında isə o zamanın tanınmışlarının təbrikləri yer alır:

«Sovet xalqının Böyük Vətən Müharibəsi qəhrəman xalqımızın qələbəsilə başa çatmışdır. İnsan bu əziz günləri yaşayarkən qeyri–ixtiyari olaraq dörd il əvvəli xatırlayır. Keçən bu iztirablı yolları yada saldıqca Stalin dühası bizi heyran edir. Biz müvəqqəti məğlubiyyətə uğradığımız günlər müharibənin ən çətin vaxtlarında Stalin yoldaş öz müzəffər zəkası ilə bizim gəmimizi ən dəhşətli fırtınalardan sağ–salamat zəfər sahillərinə çıxardı. Var olsun böyük rəhbər və müdrik sərkərdəmiz dahi Stalin!».

Akademik Mirzə İbrahimov.


«Dünyanın böyük xilaskarına, xalqımızın dahi rəhbərinə, sərkərdələr sərkərdəsinə, bəşəriyyətin ən böyük oğluna, səadətimizin sönməz günəşinə - əziz Stalinə təşəkkürlər olsun!»

Mir Cəlal

«Yaşa, yaşa can Stalin!»


«Biz sənət adamlarının sevinci hədsizdir. Bu gündən nəğmə və mahnılarımız xüsusi ahənglə, xüsusi təntənə ilə və zəfər sədaları ilə səslənəcəkdir.
Yaşa, yaşa can Stalin!
Dillərə dastan Stalin!»

Bülbül

«Ən ağır dəqiqələrdə, ən çətin günlərdə Stalinin iradəsindən qüvvət aldıq. Stalinin nişan verdiyi yollarla getdik. Stalin bizi qələbədən qələbəyə apardı. Stalin bu günki zəfər gününə çatdırdı.
Stalinə eşq olsun!».

Ordenli şair Rəsul Rza

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG