Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Azad seçkilərdə kütləvi aksiyaların rolu böyükdürmü?


Gülağa Aslan və Musa Quliyev
Gülağa Aslan və Musa Quliyev
«Panorama» verilişində Müsavat Partiyasının Divan üzvü Gülağa Aslan və YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev bu məsələ ətrafında fikirlərini bölüşüblər.

Gülağa Aslan:

«Hakimiyyət «Sərbəst toplaşma azadlığı haqqında» qanuna məhəl qoymur. Nəinki kütləvi mitinq və nümayişlərə, heç piketlərə belə şərait yaradılmır. Bu da hakimiyyətin tənqidə dözümsüzlüyündən irəli gəlir. Azad və demokratik seçkilərin keçirilməsində sərbəst toplaşma azadlığının qorunması əsas elementlərdən biridir. Ancaq bu, demokratik seçkilərin keçirilməsi üçün kifayət deyil. Seçki Məcəlləsinə də ciddi dəyişikliklər edilməlidir. Komissiyalar elə formalaşmalıdır ki, bütün maraqlı qüvvələr ona etimad göstərsin. Mən bilirəm ki, ölkədə azad, ədalətli seçkilər olacaqsa, köklü dəyişikliklər qaçılmaz olacaq…»

Musa Quliyev:

«Azərbaycan hüquqi dövlətdir. «Sərbəst toplaşma azadlığı haqqında» qanun beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla qəbul edilib. Bu qanunun icrası ilə bağlı problemlər varsa, müxalifət məhkəmələrə müraciət edə bilər. Ancaq mən qarşıdurmaya, bir şey olmamış insanları küçələrə çıxarmağa ehtiyac görmürəm. Komissiyalar yalnız seçkini keçirir və insanların səslərini toplayırlar. Hər şey xalqın iradəsindən asılıdır. Xalqın iradəsi saxtalaşdırılacaqsa, o sonradan çıxıb öz sözünü deyəcək…».

MƏSƏLƏYƏ MÜNASİBƏTİNİZİ BURADA BİLDİRİN
XS
SM
MD
LG