«əl-Qaidə» ilə müharibə
5
İsrailin xarici işlər naziri Silvan Şalom (sağda) İstanbuldakı sinaqoqun qarşısına əklil qoyur. 16 noyabr, 2003 (AFP) - 2003-cü il noyabrın 7-də terrorçular İstanbuldakı sinaqoqlar yaxınlığında eyni vaxtda iki avtomobili partlatmaqla 23 nəfəri qətlə yetiriblər. Altı həftə sonra – 2003-cü ilin dekabrında İstanbulda Britaniya obyektlərinə qarşı iki bomba partlayışı 27 nəfərin ölümü və 450-dək adamın yaralanmasına səbəb olub.
6
Madriddə sərnişin qatarlarının partladılması. 11 mart 2004 (epa) - İspaniya tarixində ən dəhşətli terror hücumu – dörd şəhərətrafı elektrik qatarında 10 bombanın partlaması nəticəsində 190-dan çox adam həlak olub, 1700-ə yaxını yaralanıb. Bir müddət sonra ümumi seçkilərdə ispanlar qoşunlarının İraqdan çıxarılmasını dəstəkləyən müxalifət partiyalarına səs veriblər.
7
2005-ci il iyulun 7-də London nəqliyyatına terror hücumları. (epa) - 2005-ci il iyulun 7-də, pik saatlarında London Metrosunda iki bombanın və şəhərin mərkəzində avtobusun partladılması 52 nəfərin ölümü, 700-dən çox adamın xəsarət alması ilə nəticələnib. Cinayətkarların «əl-Qaidə»dən ilhamlanan müsəlman əsilli Britaniya vətəndaşları olduğu ehtimal edilir.
8
11 sentyabr terror hücumlarının qurbanlarının şəkillərindən ibarət kompozisiya. Bu kompozisiya Zəkəriyyə Mussauiyə qarşı ittihamnaməyə daxil edilib. - 2006-cı il mayın 6-da Zəkəriyyə Mussaui 11 sentyabr terror hücumlarında roluna görə ömürlük həbs cəzasına məhkum edilib. Mart ayında Mussaui ifadəsində bildirib ki, «əl-Qaidə» lideri Üsamə bin Laden ona təyyarəni qaçıraraq Ağ Evə çarpmağı əmr edib. Aprel ayında məhkəmədə o, öz günahını etiraf edib.