Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Polşa-Rusiya: Rişxəndin sonu?


Polşa prezidentinin təyyarəsi, 19 oktyabr 2008
Polşa prezidentinin təyyarəsi, 19 oktyabr 2008
«Polşa təyyarə qəzası: Katın lənəti» («The Guardian»), «Polşanın ağrısı» («The Times»), «Yeni doğulmuş ölkəmin ürəyinə zərbə» («The İndependent»).

Bunlar aprelin 12-də aparıcı Qərb nəşrlərində çıxan yazılardan bəzilərinin başlıqlarıdır. Bu yazılarda aprelin 10-da Rusiyanın Smolensk vilayətində içində Polşa prezidenti Lex Kaçinski və bu ölkənin hakim elitası olan TU 154 təyyarəsinin düşdüyü qəzadan bəhs olunur.

KATIN-LƏNƏT NÖQTƏSİ?

«The Guardian» qəzanın baş verdiyi məkana diqqət çəkir. 1940-cı ildə Katın meşələrində 20.000-dən çox polyak zabiti güllələnib. İllər boyu sovet liderləri bu qırğının günahını almanların üstünə yıxıblar.

«Bəzən simvollar anlamaya mane olur. Şənbə günü qəzasına çoxlu səbəb göstərilir - qatı duman, mexaniki problem, 26 ilin təyyarəsi, enməyə cəhd etməmək barədə pilota xəbərdarlıq, yaxud da əksinə prezidentin enmə tələbi. Katın polyaklar üçün lənət nöqtəsinə çevrilib, ancaq bu faciənin keçmişlə heç bir əlaqəsi yoxdur», bunu «The Guardian» yazır və əlavə edir ki, «gərək Putin və Tusk qəzanın təhqiqatının şəffaflığını təmin etsinlər».

MƏSƏLƏ PREZİDENTİN ÖLÜMÜNDƏ DEYİL

Lex Kaçinski, 11 avqust 2008
Kristof Bobinsk «The İndependent»də yazır: «Şənbə günü baş verənlər bir qəza idi. Ancaq bununla yeni, demokratik Polşaya bir zərbə dəydi. Mən hiss edirəm ki, faciə təkcə prezidentlə bağlı deyil. Lex Kaçinskinin xalqla münasibəti elə də rəvan deyildi, onun prezidentliyinə heç vaxt çoxluq dəstək verməyib. Ancaq polyakların reaksiyaları Şahzadə Diananın ölümündən sonrakı vəziyyəti xatırladır. Bu, Polşanın yenidən qazanılmış müstəqillik simvolunu itirməyə bənzəyir».

«Prezident Kaçinski Vladimir Putinə inanmırdı. O, Gürcüstan və Ukraynanın müstəqilliyini dəstəkləyirdi. Bu məsələdə Kremllə daha yaxşı münasibətlər istəyən baş nazir Donald Tuskla mövqeləri toqquşurdu».

RİŞXƏNDİN SONU


«Qəzanın təhqiqatı şəffaf olmalıdır. Sui-qəsd nəzəriyyəçilərini yalnız bu yolla susdurmaq olar. Sonuncular Polşanın faciəsində Moskvanın əlini görmək istəyirlər. Lex Kaçinskinin ölümündən sonra Polşa-Rusiya münasibətləri daha da yaxşılaşa bilər. Bu da rişxəndin sonu». Bunları Kristof Bobinsk yazır.

AXI MÜNASİBƏTLƏR DÜZƏLMİŞDİ


Varşava Lex Kaçinskini qarşılayır, 11 aprel 2010
«The Times» isə «Polşanın ağrısı» adlı məqalə dərc edib. Bu yazıda da Rusiya-Polşa münasibətlərinin uzun müddət gərgin qalmasından bəhs olunur. «Ancaq son vaxtlar münasibətlər bir az düzəlmişdi. Rusiya dövlət televiziyası Polşanın çəkdiyi, Oskar nominantı «Katın» filmini göstərib. Əlbəttə ki, bu, rəsmi icazəsiz mümkün deyildi. «Ancaq istənilən halda, sui-qəsd barədə versiyaların çıxması da təəccüblü deyil. Prezident Kaçinski anti-kommunist idi, Putini tənqid edirdi. Özünü Polşanı Kremlin imperialist ənənələrindən müdafiə edən kimi təqdim edirdi. Son səfərindən qabaq zarafatla demişdi ki, birdən ona viza verilməz».

POLYAKLARIN RUSİYADA GÖRDÜKLƏRİ

«Bu gün də polyaklar Rusiyaya baxanda millətçiliyin artdığını, Stalinin dəhşətlə deyil, fəxrlə xatırlandığını görürlər. Və bütün bunlar polyakları diksindirir».

«Ancaq unutmamalıyıq ki, sakit başda daha çox ağıl olur. Bu gün Polşa təkcə azad və liberal Avropa Birliyinin ayrılmaz hissəsi deyil, həm də NATO-nun müttəfiqidir. Polşa həmçinin azad Qərb- Rusiya münasibətlərinin ön xəttində yerləşir».
XS
SM
MD
LG