Tanınmış Britaniya yazıçısı, ateist Filip Pulman etiraf edib ki, “Xeyirxah adam İsa və Yaramaz Məsih” adlı yeni romanı hələ nəşr edilməmişdən qabaq o, qəzəblənmiş xristianlardan çoxlu sayda məktub alıb.
Amma anqlikan kilsəsinin rəhbəri Rouen Uilyams (o həm də şairdir) Britaniyanın “Guardian” qəzetinə yazdığı məqalədə əsərlə bağlı ümumilikdə müsbət fikir söyləyib.
Pulman əvvəlki əsərlərində dəfələrlə dinə qarşı kəskin fikirlər söyləyib. Anqlikan kilsəsinin rəhbəri isə hesab edir ki, yeni romanda İsa obrazının timsalında “ikinci baxış bucağına yer verilməsi”ni yazıçının yaradıcılığında irəliləyiş adlandırmaq olar.
O ki qaldı Yaramaz Məsih surətinə, arxiyepiskop hesab edir ki, bu əslində İsanı satan İudanın obrazıdır.
Arxiyepiskop “Xeyirxah adam İsa və Yaramaz Məsih” əsərinin üslubuna və yazıçının dini tekstlərdən ustalıqla istifadə etməsinə də yüksək qiymət verib.
Anqlikan kilsəsinin rəhbəri kitabın arxasında böyük hərflərlə yazılan “BU BİR BƏDİİ ƏSƏRDİR” qeydini alqışlayıb.
Onun fikrincə, yazıçının öz əsərindəki fikirləri xritianlığın yaranması ilə bağlı yeni fərziyyə, yaxud İsa peyğəmbərlə bağlı hansısa yeni faktların üzə çıxarılması kimi təqdim etməməsi təqdirəlayiqdir.
Arxiyepiskop düşünür ki, Pulmanın bu əsəri məqsədli şəkildə epotajla doludur. Yazıçı bununla əvvəlki kitablarında müşahidə edilən və yarıtmaz dini idarəçilik sistemlərinə qarşı yönəlmiş qəzəbinin bir daha ifadə edib.
Amma arxiyepiskop Pulmanı Bibliyanın bəzi epizodları, xüsusən İsanını bəzi dualarının mənasını bəsitləşdirməkdə də qınayıb.
Onun fikrincə, Pulmanın oxucunun qəlbində dinlə bağlı yaratmaq istədiyi şübhələr Dostoyevskinin “Karamazov qardaşları” romanındakı “İnkvizitor” hekayəsini xatırladır.
Anqlikan kilsəsinin rəhbəri Rouen Uilyams müstəqil fikirli şəxs kimi tanınır.
Bir neçə il qabaq o, müsəlmanları cəmiyyətə daha yaxşı inteqrasiya etmək üçün Britaniya qanunlarına bəzi şəriət qaydalarının daxil edilməsini təklif etmişdi.
O həm də hazırda katolik kilsəsində yaşanan uşaqbazlıq qalmaqalı ilə bağlı tənqidi fikir səsləndirənlərdən biridir. O BBC-yə deyib ki, İrland katolik kilsəsi bu qalmaqala görə, bütün etibarını itirib.
Düzdür, katoliklərin etirazlarından sonra anqlikanların rəhbəri öz ifadələrinə görə üzr istəyib.