Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 01:20

Siyasi rəqs


Əkbər Haşəmi Rəfsəncani
Əkbər Haşəmi Rəfsəncani
İranın ən çox izlənilən adamı nəhayət ki, addım atıb. Sabiq prezident və ölkənin ən təcrübəli siyasətçisi hesab olunan Əkbər Haşəmi Rəfsəncani öz seçimini deyəsən edib.

Rəfsəncani ötən ilin mübahisəli prezident seçkilərindən sonra müxtəlif istiqamətdə siqnallar göndərirdi. Bir gün müxalifətə rəğbəti olduğu halda, növbəti gün rejimə bağlılığını bəyan edirdi. Bir müddət davam edən bu siyasi rəqs zamanı həm İranın ali ruhani lideri Əli Xameneyi, həm də müxalif Yaşıllar Hərəkatı Rəfsəncaninin sədaqətinin uğuru təmin edəcəyinə inanıblar.

«Xarici Siyasət» jurnalı yazır ki, Rəfsəncani artıq öz qərarını verib və Xameneyini seçib. Hazırkı məqamda müstəqil imici qazanan Rəfsəncani dini liderin ehtiyacı olduğu şəxs ola bilər.

ANDİÇMƏ MƏRASİMİNƏ BELƏ QATILMAMIŞDI

12 iyun prezident seçkilərindən bəri Rəfsəncani İran prezidenti Mahmud Əhmədinejad və onun kadrlarına qarşı çıxırdı. 2005-ci ilin prezident seçkiləri zamanı Rəfsəncani saxtalaşdırma yolu ilə Əhmədinejadın qələbə qazandığını deyirdi. Gərginlik 2009-cu ildə daha da artmışdı.

Əhmədinejad televiziya ilə yayımlanan debat zamanı rəqibi Mir Hüseyn Musəvini Rəfsəncani kimi korrupsiyalaşmış məmurlardan dəstək almaqda günahlandırmışdı. Bunun ardınca Rəfsəncani isə Xameneyiyə məktub yazaraq, Əhmənijeadın «yalanlarından» şikayətlənmişdi.

Son vaxtlara qədər Rəfsəncani Əhmədinejadla birgə ictimaiyyətdə görünməkdən imtina edib, hətta prezidentin inauqurasiya mərasiminə belə qatılmamışdı.

Yaşıllar Hərəkatı ümid edirdi ki, Xameneyinin, o cümlədən Əhmədinejadın rəqibi olan Rəfsəncani onlardan öz dəstəyini əsirgəməyəcək. Bu ümidlər keçmiş prezidentin iyulun 17-də Tehranda cümə xütbəsi verən zaman yaranıb. Xütbədən istifadə edərək bir sıra siyasi məsələlər müzakirə edilib və Rəfsəncani məqamdan yararlanaraq müxalifəti sıxışdıran rejimi tənqid edib.
İran müxalifətinin etiraz aksiyası, 18 sentyabr 2009
O, hökuməti bütün siyasi məhbusları azad etməyə, mətbuata sərbəstlik verməyə, qanunun aliliyinin qorunmasına çağırıb.

XÜTBƏYƏ QADAĞA

Rəfsəncani diktator hakimiyyəti pisləyərək, İranın respublika üsulu ilə idarə edilməli olduğunu deyib. Bu çıxışından sonra rejim Rəfsəncanini cəzalandırıb və cümə xütbələrini keçirməsinə qadağa qoyulub.

Ancaq qış ərzində vəziyyət dəyişib.

«Xarici Siyasət» jurnalına görə, Rəfsəncani ola bilsin rejimdən uzaq durmaqda davam edəcəyi təqdirdə yaranacaq siyasi riski anlayıb. Müxalifətin zəif olduğu vaxtda Rəfsəncani və Xameneyi arasında yaxınlaşma baş verib.

Belə ki, fevralın 25-də ali ruhani lider Rəfsəncaninin liderlik etdiyi Ekspertlər Şurasına baş çəkib. Rəfsəncaniyə ünvanlanan müraciətində Xameneyi deyib ki, İran liderləri dövlətlə «düşmən»lə birgə olduğuna qərar verməlidir. «Düşmən» deyəndə burada müxalifət nəzərdə tutulub.

İNANILMAZ ADDIM

Daha sonra martın 14-də Məhəmməd peyğəmbətin doğum günü qeyd edilən zaman Rəfsəncani inanılmaz addım atıb : O, Əhmədinejadla birgə peyda olub.

Yaşıllar Hərəkatı bu hadisədən təəssüflənsə də, Xameneyi addımı dəstəkləyib.

Xameneyi 1989-cu ildə dini lider təyin olunub. Bu müddət ərzində o, konsensusla idarə edən siyasətçi kimi tanınıb. Ancaq hakimiyyəti hazırda 1979-cu il İslam inqilabından bəri ən ağır siyasi böhranla üzləşib.
Yaşıllar Hərəkatı bu hadisədən təəssüflənsə də, Xameneyi addımı dəstəkləyib.
Hakimiyyət məhkəmələr, parlament, İslam İnqilabı Keşikçiləri Korpusu, Mühafizəçilər Şurası, hətta prezidentə görə zəifləyib.

REJİMƏ QAYIDIŞ

«Xarici Siyasət» jurnalı yazır ki, Rəfsəncaninin loyallığı müqabilində, ali liderin ona hakimiyyət verdiyi görünür seçki prosesində islahatlar aparılmasını nəzərdə tutan yeni Milli Seçki Komissiyasının yaradılması işini, Komissiya seçkilər zamanı namizədlərin münasib olub-olmadığını müəyyənləşdirəcək. Seçki prosesində dəyişiklik həm də Xameneyinin təyin etdiyi 6 dindar və 6 münsifin daxil olduğu Mühafizəçilər Şurasının hakimiyyətini xeyli azaldacaq.

Qayıdaq Yaşıllar Hərəkatına.

Yaşıllar Hərəkatı Rəfsəncaninin geri– rejimə qayıdışını uğursuzluq kimi qiymətləndirir.

Jurnalın fikrincə, sərt yol tərəfdarlarına qoşulandan sonra Rəfsəncaninin Əhmədinejad və Xameneyiyə yönəlik tənqidlərinin azaldacağı şübhəsizdir. Digər tərəfdən yeni Milli Seçkilər Komissiyasının İranda azad və ədalətli seçkilər keçirməsi hələ uzun illər mümkün olmayacaq.
XS
SM
MD
LG