«İranın Azərbaycana qarşı tərbiyəsizliyinə son qoyulmalıdır». Milli Məclisin fevralın 23-də keçirilən iclasında deputat Qüdrət Həsənquliyev belə deyib. O spiker Oqtay Əsədovdan İran səfəri, orada keçirdiyi görüşlər barədə məlumat verməsini istəyib.
Q.Həsənquliyev İranda Azərbaycan bayrağının yandırılması, səfirliyin önündəki digər hərəkətləri pisləyərək bunları «tərbiyəsizlik» adlandırıb:
«Necə ola bilər ki, Xocalı soyqırımını törətmiş bir dövlətin başçısı ilə ağız-ağıza öpüşən bir prezidentin ölkəsi Azərbaycanın İsraillə münasibətlərinə etiraz etsin?!».
Oqtay Əsədov isə deyib ki, İranda onun rəsmi strukturlarla görüşləri olub, bu qurumlarda Dağlıq Qarabağ məsələsi müzakirə olunanda Azərbaycanın dövlət bütövlüyü dəstəklənib:
«Amma təəssüflər olsun ki, həm o tərəfdən, həm də bu tərəfdən əlaqələrin pisləşməsini istəyənlər var. Parlamentdə bu məsələlərin müzakirəsinə başlasaq, hərənin bir mövqeyi var. Mənim mövqeyim Azərbaycanın bütün qonşu dövlətlərlə münasibətlərinin yaxşı olmasıdır».
O.Əsədov Q.Həsənquliyevə «ona görə də bir az səviyyəmizi normal saxlayaq» deyib.