Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:39

Haraştinin yerinə kim gəlir?


Mikloş Haraşti
Mikloş Haraşti
«İnternet və söz azadlığı» - ATƏT-in media azadlığı üzrə yeni nümayəndəsi olmalı Miyatoviçin əsas şüarı budur.

Martın 10-da ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin 3 illik səlahiyyət müddəti başa çatır.

Keçmiş macar dissidenti olan Haraştini bu vəzifədə əvəz etməyə əsas namizəd – xanım Dunya Miyatoviçdir.

Miyatoviç hazırda Bosniya-Herseqovinada Kommunikasiya Tənzimləməsi Agentliyinin direktorudur.

Avropa tədqiqatları üzrə magistr dərəcəsi var. O, Sarayevo, Susseks, Bolonya universitetlərini və Londonun İqtisadiyyat Məktəbini bitirib.

MİYATOVİÇ NƏYƏ FİKİR VERƏCƏK?

Əgər Haraşti dissident, totalitar hökumətin icazə vermədiyi tənqidi və gizli çap olunan medianın nümayəndəsi kimi vəzifəyə gəlmişdisə, xanım Miyatoviç medianın tənzimlənməsi üzrə mütəxəssisdir.

Güman olunur ki, Miyatoviç seçkilərin, milli münaqişələrin işıqlanmasında medianın kompleks roluna və media azadlığını məhdudlaşdıran hakimiyyətlərlə tənqidi dialoqa xüsusi diqqət yetirəcək.

Neçə ay idi ki, Haraştini kimin əvəz edəcəyi ətrafında gümanlar dolaşırdı. Son bir neçə ayda 6 namizəd olub, o cümlədən Avstriya, Britaniya, Rusiya nümayəndələri.

Rusiyadan olanlardan birini – jurnalist haqları uğrunda tanınmış mübariz Oleq Panfilovu Kreml dəstəkləmədi.

İstənilən halda, indi namizədlərdən yalnız Miyatoviç qalıb. Onun seçilməsi üçün ATƏT qaydalarına görə üzv olan 56 ölkənin hamısı «hə» deməlidir.

Miyatoviç həm Qərb, həm də Şərqi Avropa ölkələrinin dəstəyini qazanıb. ATƏT diplomatlarının dediyinə görə, Qərbə söz azadlığı boğulan ölkələrlə tənqidi dialoq apara bilən nüfuzlu şəxs, Şərqi Avropaya isə seçkilər kimi mürəkkəb məsələlərdə media qaydaları, medianın tənzimlənməsi üzrə peşəkar jurnalist lazımdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG