Rusiyanın “Uşaq aləmi” televiziyasında (“Detskiy mir”) nümayiş olunan “Pişik və it” (“Kot i sobaka”) cizgi filmində dahi Azərbaycan bəstəkarı və yazıçısı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından istifadə edilib.
Operettanın Məşədi İbadın oxuduğu “Mən nə qədər qoca olsam da, dəyərəm min cavana” hissəsi erməni bəstəkarın adı ilə təqdim olunub. APA-nın xəbərinə görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev problemin dərhal həll olunması üçün addımlar atılacağını deyib:
“Təəssüf ki, mənim bütün televiziyaları izləmək imkanım yoxdur.
Bu cür haların şahidi olan tamaşaçılar bizi bundan xəbərdar edə bilərlər. Bu animasiya filmi ilə bağlı kino şöbəsinə lazımi göstərişlər verirəm və çox güman ki, problem yaxın müddət ərzində həll olunacaq”.
Qeyd edək ki, sözügedən animasiya filmi 1970-ci illərin istehsalıdır.
"525-ci qəzet"