Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 21:31

Markesin sevimli yazıçısı öldü


Tanınmış Argentina yazıçısı Tomas Eloy Martines 76 yaşında Buenos-Ayresdə xərçəng xəstəliyindən vəfat edib.

Bu həmin Martinesdir ki, ən məşhur əsəri sayılan “Müqəddəs Evita” 1995-ci ildə nəşr olunanda 20-ci əsrin ən ünlü yazıçılarından olan Qabriel Qarsia Markes “mənim həmişə oxumaq arzusunda olduğum kitab nəhayət ki çıxdı" - demişdi.

30-dan çox dilə tərcümə edilən “Müqəddəs Evita” keçmiş Argentina diktatoru Xuan Peronun həyat yoldaşı Evita haqqındadır. Daha doğrusu, Evitanın cəsədi haqqında.

Evita xalq arasında elə böyük populyarlığa malik idi ki, 1952-ci ildə - gənc yaşında öləndən sonra onun cəsədinin mumiyalanıb mavzoleyə yerləşdirilməsi barədə qərar verilir.

Amma elə bu ərəfədə diktatoru devirirlər və cəsədin “qara günləri” başlayır.

Hakimiyyətə gələnlər cəsədin Peron tərəfdarları üçün bir ilham mənbəyi olacağını düşünürlər və tədbir görməyə başlayırlar...

Martines həm də kifayət qədər tanınan jurnalist olub, İspaniyanın “El pais” və Amerikanın “Nyu York Tayms” qəzetləriylə əməkdaşlıq edib.

Həmçinin oxu!

Əsərləri əsasında 800-ə yaxın film çəkilən yazıçı kimdir?

Yanukoviç Çexova "böyük Ukrayna şairi" dedi
XS
SM
MD
LG