Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:33

Vəkil jurnalisti niyə müdafiə etmədi?


Akademik Cəlal Əliyev
Akademik Cəlal Əliyev
Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyevin «Yeni Müsavat» qəzetinin redaktoru Azər Ayxana qarşı qaldırdığı məhkəmə iddiası üzrə hazırlıq iclası fevralın 8-də davam edəcək.

Xəbəri AzadlıqRadiosuna Azər Ayxan verib. O bildirib ki, buna səbəb müdafiəçisinin prosesə qatılmamasıdır:

«Hakim Ziya Əliyev bildirdi ki, dövlətin mənim hüquqlarımı qorumaq üçün təyin etdiyi vəkil prosesə heç bir səbəb göstərmədən gəlməyib. Vəkil axtarışı üçün mənə bir həftə möhlət verilməsi haqda vəsatət qaldırdım. Hakim vəsatəti təmin etdi».

A.Ayxan C.Əliyevin qaldırdığı iddia üzrə özünü təqsirli bilmədiyini də deyir. Onun sözlərinə görə, yazıda heç bir təhqir elementi yoxdur:

«Yazıda göstərilib ki, «Gənclik» hoteli, «Bakı» mehmanxanası, Ayna Sultanovanın heykəlinin yaxınlığındakı tikintisi başa çatmamış bina Cəlal Əliyevindir. Akademik də düşünür ki, bununla ona böhtan atmışam. Azərbaycan jurnalistlərinin ən böyük problemi rəsmi şəxslər, tanınan insanlarla əlaqə yarada bilməməkdir. Cəlal Əliyev faktları təkzib etmək istəyirdisə, biz onun mövqeyini qəzetdə verməyə hazır idik. Görünür, o, bizimlə məhkəmə yolu ilə hesablaşmağı üstün tutub».

Proses fevralın 8-i saat 14.30-da Nizami rayon Məhkəməsində davam edəcək.

Akademik Cəlal Əliyev «Yeni Müsavat» qəzetinin redaktoru Azər Ayxanı və yazının müəllifi Qoşqar Bakılını «Yeni Müsavat» qəzetində yanvarın 5-də dərc olunan «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, «Bakı» mehmanxanası Cəlal Əliyevin imiş» başlıqlı məqaləyə görə məhkəməyə verib.

Cəlal Əliyev ona böhtan atıldığını, məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirir.

Akademik A.Ayxanın həbsini istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG