Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Orxan Pamuk və Le Klezio eyni mükafat uğrunda mübarizə aparır


Nobel mükafatlı yazarlar Orxan Pamuk və Jan Mari Qustav Le Klezionun romanları, eləcə də ən çox oxunan yazarlardan biri Roberto Bolanonun əsəri “2010-cu ilini ən yaxşı tərcümə edilmiş kitabı” müsabiqəsində qalib gəlməyə ən real namizədlərdəndir.

Pamukun “Məsumluq muzeyi” adlı məhəbbət romanını ingiliscəyə Morin Frili tərcümə edib.

Münsiflər heyəti müsabiqədə iştirak üçün Le Klezionun fransızca yazdığı “Səhra” romanının C. Dikson tərəfindən tərcüməsini seçiblər.

Əsərdə şimali Afrikada yaşayan bir qəbilənin taleyindən danışılır.

Bolanonun “Buz meydançası” adlanan və gözəl bir fiqurlu konki sürən çempion haqda bəhs edən romanını isə ispancadan Kris Endrüs çevirib.

Mükafat 2007-ci ildə beynəlxalq ədəbiyyat veb-saytı “Three percent” tərəfindən təsis edilib. Bu sayt Roşesterdəki New-York Universitetinin bir bölümüdür.

Müsabiqəyə 25 əsər təqdim edilib. Finalçılar fevralın 16-da elan ediləcək.

Saytın “Three Percent” adlanmasının səbəbi isə odur ki, araşdırmalara görə, ingilis dilnə çevrilən əsərlərin yalnız 3 faizi Amerikada effektiv olur və oxucuların rəğbətini qazana bilir.

Həmçinin oxu

Türkiyədə qəribə bir Azərbaycan tarixi çap olunub

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG