Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 12:50

Qulağa qulaq, buruna burun...


«Qızının sifətini görəndə ananın ürəyi partladı» - bunu Pakistanın Pəncab vilayətindəki anti-terrorizm məhkəməsində prokuror deyib.

Dövlət İttihamçısı tələb edib ki, hər iki müttəhimə ən ağır cəza verilsin.

Hadisə isə belə olub. Prokuror Ehteşam Qadirin Reutersə dediyinə görə, Şir Məhəmməd adlı birisi öz xalası qızı , 22 yaşlı Fəzilət Bibi adlı qızı istəyib, ancaq atası verməyib.
Bundan sonra Şir Məhəmməd öz başqa qohumu Əmanət Əli adlı birisi ilə qızı qaçırdıb.
Ancaq bütün təkidlərə baxmayaraq qız Şir Məhəmmədə ərə getməkdən imtina edib.
Onda Şir Məhəmməd və Əmanət Əli qızın qulaqlarını və burnunu kəsiblər....

QİSAS QANUNU

Dünyanın bütün aparıcı informasiya agentliklərinin diqqət mərkəzinə çıxan məhkəmə prosesi Lahorda keçirilib.

Məhkəmə qərarına görə, müttəhimlərin hər ikisinə ömürlük həbs cəzası verilib.
Müttəhimlər zərərçəkən qıza kompensasiya kimi 8275 dollar verməlidir. Bundan başqa onların hər biri dövlətə 3500 dollar məbləğində cərimə verməlidirlər.

Ancaq ən əsası, Lahorun anti-terorizm məhkəməsinin hakimi Xalid Navid Pakistanın qisas qanununu tətbiq edib. Məhkəmə qərarına görə, müttəhimlərin etdiyi onların özü ilə edilməlidir: hər iki müttəhimin qulaqları və burunları kəsilməlidir.

«Gözə göz qanunu» Pakistan qanunvericiliyinə 1979-cu ildə salınıb. Şəriət qanunlarını qanunvericiliyə daxil etmək təşəbbüsü isə Pakistanın o vaxtki hərbi lideri Ziya ül-Haqqdan gəlirdi.

Ancaq Pakistanın cinayət məcəlləsinə salınmış bu şəriət qaydaları Pakistan məhkəmələrində nadir hallarda tətbiq olunur, tətbiq olunanda isə DPA agentliyinin yazdığı kimi heç vaxt icra olunmur.
Apellyasiya məhkəməsi bir qayda olaraq qərarı dəyişir.

Müttəhimlərin apellyasiya verməyə 7 gün vaxtları var. Pakistanda indi hamı maraqla Apellyasiya məhkəməsinin qərarını gözləyir...

Sonda o suala da cavab verək ki, bu işə anti-terrorizm məhkəməsi niyə baxıb?

Britaniyanın Guardian qəzeti yazır ki, Pakistanda ən sürətli məhkəmə anti-terrorizm məhkəməsidir. Lahor ictimaiyyəti cinayətkarların mümkün qədər tez məhkəməyə çıxarılıb cəzalanmasını tələb edirdi...
XS
SM
MD
LG