Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:21

Azərbaycanlılar Azərbaycanı axtarır!


«Google» axtarış sisteminin statistikasına gözüm sataşdı. Bizdə ən çox axtarılan sözlərin sırasında 4-cü yedə Azərbaycan sözüdür»
«Google» axtarış sisteminin statistikasına gözüm sataşdı. Bizdə ən çox axtarılan sözlərin sırasında 4-cü yedə Azərbaycan sözüdür»
Azərbaycanın internet məkanında ən çox axtarılan söz heç bilirsiniz nədir? - Azərbaycan! Kimlərsə hər gün durmadan internetdən Azərbaycanı axtarır…

Bunu Journaleast yazır, amma niyəsini bilmir…

«Google» axtarış sisteminin statistikasına gözüm sataşdı. Bizdə ən çox axtarılan sözlərin sırasında 4-cü yedə Azərbaycan sözüdür. Azərbaycanlılar Azərbaycan axtarır! Maraqlıdır. Başqa ölkələrə də baxdım.

Fransa, Almaniya, ABŞ, İsveçrə və sairə damokratik saydığımız ölkələrdə statistikada öz ölkələrinin adını görmədim. Amma bizim kimi, ermənilər, gürcülər, hindlilər də öz ölkələrini axtarmaqla məşğuldur. Görəsən bunun səbəbi nədir?»

«Fark var! Benimle senin aranda bir fark var»

Türk dilində yazmağa başlayan bloqçu İlqar Məmmədovdur. Politoloq millətçilərlə özü arasında fərqdən yazır:

«Mənə deyirlər, ay nə bilim Amerikapərəstsən, Avropapərəstsən...Amma mən də onlar kimi «Freedom House» təşkilatını «vicdansız» adlandıra bilirəm, onlar isə Heydər Əliyev Fondu qarşısında qul kimi tir-tir əsirlər.

Mən də onlar kimi Euronews-a «yaramazlar» deyə bilirəm, amma onar AzTV-nin sarsaq, insanlığa təhqir olan xəbərlərində özlərinə baxıb fərəhlənirlər.

Mən də onlar kimi Avropa Parlamentində 2006-cı ildə Azərbaycan əleyhinə qəbul edilmiş tarixi abidələr qətnaməsinə «ayıb» adı ilə istinad edə bilirəm, amma onlar ali satqınlıq akademisini «Milli Məclis» adı ilə çağırmağa məhkumdurlar.

Ağıllı sifət düzəldib şəkil çəkdirmək, sonra da xəbər sitelərində o şəkilin altında söz-möz düzməklə deyil».

Azərbaycan bloqları barədə son xəbərlər

Bu arada qeyd edim ki, dekabrın 18-də Milli İnternet Mükafatı-2009-u alanlar arasında bloqqerlər də var, hərçənd az olsalar da.

Rizvan Qənbərlinin Jurnalistlər adlı şəxsi bloqu bu müsabiqənin qalibidir.

Dişlərinizin sağlamlığı ilə bağlı, dişiniz yoxdursa qapaqdasınızsa, onlara qulluq və s.-i Stomatoloqun bloqundan tapa bilərsiniz. Yeri gəlmişkən bu bloq müsabiqədə 2-ci yeri tutub.

Üçüncü yerə layiq görülən Azəri genosidi adından bəlli olduğu kimi soyqırımına həsr olunmuş bloqdur.

Bir xəbəri də verim, Azərbaycanda yeni bloq platforması yaradılıb, bu http: //blogda.az/-dır.

«Lalə və Emiliya – hər ikisi də bizim gələcəyimizdir…»
Neft Akademiyasının qarşısında yenə də hadisə...

Yox, söhbət Fərda Qədirovdan getməyəcək. Vəlvələnin postu Dövlət Neft Akademiyası ilə üzbəüz Dilarə Əliyeva küçəsində 95 saylı sərnişin avtobusunda baş verən yanğın barədədir. Yanğın avtobusun sürücüsü tərəfindən söndürüləndən sonra hadisə yerinə yanğınsöndürənlər gəlib. Videonu buradan izləyə bilərsiniz.

Fərahim yeni media qurumları şəbəkəsinin yaradıldığından yazır. Əlavə edir ki, bu şəbəkə Azərbaycan media nümayəndələrinə xidmət edəcək:

«Əgər sizə hansısa ölkədə olan hadisə (prezident seçkilərindən tutmuş, təbii fəlakətə qədər) barədə bizim ölkəmizi maraqlandıran məlumat və ya müsahibə lazımdırsa, sayta (dam.az) daxil olaraq lazım olan ölkəni seçir və orada olan media nümayəndələri ilə əlaqə saxlayırsınız. Şəbəkənin genişləndirilməsi isə əsas məqsədlərdəndir».

İki qız və yaxud demokratiya yoxsa Qarabağ

Elnur Məcidli son postunda xaricdə yaşayan iki azərbaycanlı qız barədə yazır. İki qız iki fərqli aksiyanın simvolu olub.

«Lalənin əlində tutduğu şüarlardan biri də «Mən də gələcəkdə prezident olmaq imkanı əldə etmək istəyirəm» şüarı idi.

Məsələ təbii ki, Lalənin gələcəkdə prezident olub-olmayacağı deyildi, məsələ prinsiplər idi…

Dövlətçilik ənənələrinin demokratik dəyərlər, prinsiplər əsasında qurulmasının gərəkliliyinə inanıram, əks halda dövlətçilik ənənəsinin tam olaraq formalaşması qeyri-mümkündür.

Bütün vətəndaşlarına bərabər hüquqların verilməsi, bütün tərəflərə eyni şəraitin yaradılması və buna bənzər prinsiplər dövlətçiliyin təməl daşlarını təşkil edir.

Emiliya əlində tutduğu «Mən evimə dönmək istəyirəm». Qarabağa şüarla, əslində yüzminlərlə qaçqın uşaqların, qadınların, məcburi köçkün ailələrinin mesajlarını beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirdi…

Lalə və Emiliya – hər ikisi də bizim gələcəyimizdir…»

Qiymətlər qalxanda sevinirəm

«Hər dəfə benzinin, avtobuslarda gediş haqqının qaldırılacağını eşidəndə sevinirəm» deyən özünəməxsus fikirləri ilə fərqlənən bloqçu Doktorravik, yenə də Sovetlərdən yazır:

«Rusun vaxtında Azərbaycan ildə 7-8 milyon ton neft çıxarırdı. O neftin çoxu da elə burada qalırdı, çünki zavod-fabriklər hava ilə işləmirdi, yanacaqla işləyirdi. Neftin demək olar hamısı Azərbaycana sərf olunurdu – rus ucqar kəndlərə də işıq, qaz çəkirdi, kitabxana, məktəb tikirdi.

Rus Şamaxı rəsədxanası üçün Karl-Seysdən indiki qiymətlə 4 milyard dollara teleskop gətirmişdi. 4 milyard dollar – Azərbaycan büdcəsinin az qala yarısı deməkdir. İndi rəsədxananın həyətində villa tikirlər. Kim tikir? Özünə türk oğlu türk deyən azərbaycanlılar...»
XS
SM
MD
LG