“Washington Post” qəzeti Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun “Məsumluq muzeyi” romanını 2009-cu ildə “Kitab dünyasının 10 ən yaxşı kitabı” sırasına salıb.
“Həyatımın ən xoşbəxt anlarıymış, xəbərim yoxmuş” cümləsi ilə başlayan əsərin baş qəhrəmanı Kamal bir zamanlar sevdiyi Füsun adlı qızın fikrini başından ata bilmir, bu onun bütün varlığına və ömrünə hakim kəsilən elə bir dəlicəsinə sevgidir ki, ondan nə imtina etmək olur, nə də ona sahib çıxmaq.
Yazar bu əsərin ərsəyə gəlməsinə 10 il sərf edib. Satışa çıxarıldığı üçüncü gün "Məsumluq muzeyi" Türkiyədə "ən çox satılan əsər" olub. İngilis, alman və başqa dillərə çevrilib.
Ən yaxşı bədii əsərlər sırasına Robert Littelin “The Stalin in epigram” da daxildir. Bu əsər dahi rus şairi Mandelştamın sovet diktatoru Stalini tənqid edən 16 misralıq satirik şeirindən sonra baş verən qorxunc hadisələrdən bəhs edir.
Filip Mayerin “American rust”, Lori Murun “A gate at the stairs” və Hillari Mantelin “Woljf hall” əsərləri də “Washington Post”un ‘n “ən yaxşıları” sırasındadır.
“Ilin ən yaxşı 10 kitabı”ndan beşi bədii, digər beşi isə publisistik və başqa janrlarda yazılmış əsərlərdir.
Ənənəvi olaraq ilin sonunda dünyanın bir çox nüfuzlu dərgiləri özlərinin “ən yaxşı kitablar” siyahılarını açıqlayırlar.
ƏDƏBİYYAT PORTALIMIZA BURDAN DAXİL OL!
ANAR RAMİZ MEHDİYEVLƏ RAZILAŞMIR
HERTA MÜLLER NOBEL MÜHAZİRƏSİNDƏ DİKTATURALARA ÜSYAN ETDİ
«LUKAŞENKO HAQDA ROMAN» QADAĞAN EDİLDİ
KATERİN KAMYU: ATAMI SARKOZİYƏ QARŞI RAKETƏ ÇEVİRİBLƏR
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.
Azadlıq Trend
1