Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:43

«Artıq rəsmən ölkədə avtoritar rejim elan edilib»


Aksiyada Siyasi Mühacirlər Dünya İttifaqının üzvləri iştirak edib

Həbsdə yatan jurnalistlər, siyasi məhbuslar və bloqqerlər - Emin Milli və Adnan Hacızadənin azad edilməsi tələbilə noyabrın 27-də Haaqada aksiya keçirilib.

Etirazçılar «Azad cəmiyyət, azad dövlət!», «Diktaturaya yox deyirik!», «Emin və Adnana azadlıq!» şüarlarını səsləndiriblər.

Aksiyada Siyasi Mühacirlər Dünya İttifaqının üzvləri iştirak edib.

Məlumatı AzadlıqRadiosuna «Gənc Demokratlar» təşkilatı beynəlxalq komitəsinin Qafqaz bölməsinin sədri İsa Yusifli verib:

«Bizimlə eyni vaxtda İsveçdə də aksiya keçirilib. Məqsədimiz yaşadığımız Avropa ölkələrində Xarici İşlər Nazirliyinin Azərbaycana təzyiqini artırmaq, onlardan Azərbaycanla münasibətlərinə yenidən baxmağı tələb etməkdir. Bu günə kimi Azərbaycan iqtidarı demokratiyanın imitasiyası ilə məşğul idi. Avropa ölkələrinə qarşı götürdüyü öhdəlikləri bu imitasiya ilə yola verirdi. Amma Adnan və Emin barədə hökm, xarici radiostansiyaların FM tezliyindən çıxarılması, 18 mart referendumu ilə Azərbaycanda prezidentliyin əbədiləşdirilməsi onu göstərir ki, Azərbaycan iqtidarı bu imitasiyada da artıq maraqlı deyil. Artıq rəsmən ölkədə birbaşa avtoritar rejim elan edib».

Aksiya iştirakçılarının müraciətləri daha sonra Hollandiya Xarici İşlər Nazirliyinin katibliyinə təqdim edilib.

Səbail Məhkəməsinin qərarı ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG