Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 18:34

«Bloqqerlərin həbsi siyasi qərardır»


ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Mikloş Haraşti
ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Mikloş Haraşti
«Azərbaycanda iki bloqqerə xuliqanlıq və bədənə az ağır xəsarət yetirmə ittihamıyla iş kəsilməsi siyasi qərardır». Bunu ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Mikloş Haraşti deyir. Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib. Mikloş Haraşti xarici işlər naziri Elmar Məmmədyarova məktubunda yazır:

«Bu yeni həbslər Azərbaycanın ATƏT regionunda jurnalistləri həbsə atan ölkə kimi yaxşı tanınmış imicini daha da möhkəmləndirir. Hazırda bu ölkədə beş jurnalist həbsdədir, onlardan çoxu qurama təxribat və ədalətsiz istintaq nəticəsində uydurma ittihamlarla həbsdə yatırlar».

«Prezident, Daxili İşlər Naziri daxil olmaqla hakimiyyəti tənqid etmiş gənc bloqqerlərə və digər jurnalistlərə cəzaların sərtliyi açıq-aşkar siyasi qərardır», - Haraşti yazır.

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi xatırladır ki, hazırda Azərbaycanda Eynulla Fətullayev, Qənimət Zahid kimi tanınmış baş redaktorlar uzun müddətli cəzalarla həbsdədir və müşahidəçilər bu ittihamları «saxta» adlandırır.

«Ümid edirəm ki, Apellyasiya Məhkəməsi hökmün əksinə qərar verəcək, Emin Milli və Adnan Hacızadəni mümkün qədər tez azadlığa buraxacaq. Bununla Azərbaycan beynəlxalq ictimaiyyətə göstərər ki, üzərinə götürdüyü ATƏT-in media azadlığı öhdəliklərinə ciddi yanaşır».

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG