Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Polisdən şikayət etdi, "soyğunçuluq" maddəsi aldı...


Azərbaycanda işgəncə metodları
Azərbaycanda işgəncə metodları
- Səkkiz gün polisdə işgəncə veriblər, kəllə-beyin tramvası alıb. Bunlar ekspertizanın rəyilə də təsdiqlənib.

Bakı sakini Mehman Cəfərov başına gələnləri danışmağa başlayanda birinci işgəncə faktından başlayır. Əslində, bu işgəncə ona yox, oğlu Qüdrət Cəfərova verilib. Oğlu 2006-cı ildə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində saxlanıb. Mehman Cəfərov deyir ki, Qüdrət Cəfərov əsassız saxlandığı üçün azadlığa buraxılıb, ancaq evdə ona işgəncə verildiyi bəlli olanda ekspertizaya üz tutublar:

- Milli Təhlükəsizlik Nazirliyində baxdılar. Soruşdular, kim eləyib, 25-ci bölmə? Dedilər get, şikayət ver. Biz də gedib şikayət verdik.

MİNGƏÇEVİR VƏ GƏNCƏ NÜMUNƏLƏRİ

Bu şikayətdən az sonra Qüdrət Cəfərov soyğunçuluq ittihamı ilə həbs olunub və məhkəmə onu 4 ilə yaxın müddətə azadlıqdan məhrum edib.

2006-cı ildə başqa bir işgəncə faktı Mingəçevir şəhər Polis İdarəsində baş vermişdi. Qoyun oğurluğuna görə ifadə vermək üçün polisə çağırılan Qarabağ müharibəsi əlili Rasim Əlişov işgəncə nəticəsində ölmüşdü.

Daxili İşlər Nazirliyi Mingəçevir şəhər Polis İdarəsinin iki əməkdaşını işdən azad etmiş, yerli prokurorluq isə bir neçə polis zabitini istintaqa cəlb etmişdi.

Həmin il daha bir qalmaqallı hadisə Gəncədə, Nizami rayon Polis İdarəsində olmuşdu. İdarənin məsul vəzifəli əməkdaşı Koroğlu Qasımov ana və onun oğluna zor işlətməkdə günahlandırılmış və
Elçin Behbudov
yerli məhkəmə polis zabitini 1500 dollar məbləğində cərimə etmişdi.

«HƏLƏ İŞGƏNCƏ FAKTINA GÖRƏ MƏHKƏMƏ YOLUYLA MƏSULİYYƏTƏ CƏLB EDİLƏN OLMAYIB»


İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə deyir ki, Azərbaycanda hələ işgəncə faktına görə məhkəmə yolu ilə məsuliyyətə cəlb edilən olmayıb. Daxili İşlər Nazirliyindən isə bildirirlər ki, işgəncə faktına görə şikayətlər olanda araşdırılır, amma hələ ki, sübuta yetirilən fakt olmayıb.

Azərbaycan hökuməti BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə təqdim etdiyi hesabatında 2001-2008-ci illərdə 161 nəfərin cəzalandırıldığını göstərib.

Bu 161 nəfər kimdir?

CAVABSIZ SUAL

BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Azərbaycandakı işgəncə faktlarıyla bağlı alternativ hesabat təqdim edən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun təmsilçisi Rəsul Cəfərov deyir ki, onlar Azərbaycan hökumətini təmsil eləyən nümayəndə heyətindən bu 161 nəfərin kim olduğunu soruşublar:

- Bu adamlar Cinayət Məcəlləsinin 130-cu maddəsi ilə həbs olunublar. Ancaq hökumət təmsilçiləri danışanda məlum oldu ki, onlar məişət zorakılığına görə cəzalandırılıblar. Həm iştirakçılar, həm də komitə üzvləri üçün də anlaşılmazlıq yarandı ki, bəs niyə 130-cu maddə tətbiq olunub? Onlar dəfələrlə soruşdular ki, bu 161 nəfər kimdir, konkret hansı əməllərə görə cəzalanıblar və onların siyahısını istədilər.

2001-2008-ci illərdə işgəncə faktına görə cəzalandırılanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları olubmu? Rəsul Cəfərov deyir ki, dinləmələrdə iştirak eləyən Azərbaycan hökumətinin təmsilçiləri bu sualı cavabsız qoyublar.
Leyla Yunus
Elə AzadlıqRadiosu da Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyindən bu suala cavab ala bilmədi.

«MƏN BUNU DƏQİQ BİLİRƏM»

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus isə deyir ki, əslində, Azərbaycan Avropa Şurası qarşısında işgəncələrlə bağlı götürdüyü öhdəliyə əməl etmək istəmir:

- İşgəncə faktları nəinki sübutunu tapıb, hətta 2006-cı ildə 13 ölüm hadisəsi olub. Mən bunu dəqiq bilirəm, çünki bizim institutumuz monitorinq aparmışdı.

Artıq Avropa Məhkəməsi də Azərbaycandakı bir neçə işgəncə epizoduyla bağlı qərar çıxarıb.
XS
SM
MD
LG