Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:07

BMT Bakıya işgəncələrə qarşı yeni tövsiyyə göndərəcək


BMT-nin rəsmi emblemi
BMT-nin rəsmi emblemi
BMT-nin İşgəncələr Əleyhinə Komitəsi son iki gündə bu sahədə Azərbaycanda vəziyyəti müzakirə edib.

Cenevrədə keçirilən müzakirənin sonunda yaxın iki həftədə Azərbaycana işgəncələrin qarşısının alınmasına dair yeni tövsiyyələr verilməsi qərara alınıb. Həmçinin də Komitə üzvlərindən bəziləri problemləri birbaşa öyrənmək üçün Bakıya da gələ bilərlər.

Bu barədə müzakirədə iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitunun təmsilçisi Rəsul Cəfərovdan məlumat almışıq.

Komitəyə Azərbaycanda işgəncə və qeyri-insani davranış sahəsində vəziyyəti əks etdirən bir neçə hesabat təqdim olunub.

Hökumətin hesabatında qeyd edilir ki, Azərbaycanda işgəncənin qarşısının alınması üçün hökumət bütünü lazım olan hüquqi və praktiki mühiti yaradıb. Hesabata görə 2001-2002-ci illərdə Azərbaycanda işgəncə cinayətlərinə görə 161 adam cəzalandırılıb.

Bir qrup insan haqlarını müdafiə təşkilatı da Komitəyə alternativ hesabat təqdim edib. Bu hesabatda isə qeyd edilir ki, qanun qadağan etsə də Azərbaycan vətəndaşları hələ də işgəncələrdən azadlıq hüququnu reallaşdıra bilmirlər.

Hüquq-müdafiəçiləri buna missal kimi bu yay həbs olunarkən gənc bloqçular Emin Milli və Adnan Hacızadəyə tibbi xidmət göstərilməməsini, həbsxanada vaxtında tibbi xidmət ala bilməyən “Talışi sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun həyatını itirdiyini qeyd edirlər.

Rəsul Cəfərov bildirir ki, müzakirələrdə hökumətin hesabatında qeyd olunan işgəncələrə görə cəzalandırılmış 161 nəfərin də məişət hadisələrinə görə cəzalandırıldığı aydın olub. Yəni, məlum olub ki, cəzalandırılan bu 161 nəfər işgəncə verən hansısa hüquq mühafizə orqanı əməkdaşı deyil, sıravi vətəndaşlar olub.

BMT-nin İşgəncələrə dair Komitəsində Bakının rəsmi hesabatını Xarici İşlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin rəsmilərindən ibarət nümayəndə heyəti müdafiə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG