Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:26

Nazirin gözünə yuxu getmir


London - Parlament Binası
London - Parlament Binası
Britaniyanın Səhiyyə naziri Alan Consonun dediyinə görə, gecələr gözünə yuxu getmir, çox narahatdır ki, Birləşmiş Krallığın əhalisi 70 milyona qədər arta bilər, həm də hələ o özü həyatda olarkən, başqa sözlə, yaxın zamanda. Nazir özü doğularkən - 1950-ci ildə ölkə əhalisinin sayı 50 miliyon idi. Bu gün isə bu rəqəm 61 milyondur. Elə təkcə İngiltərə dünyanın böyük ölkələri arasında əhalisinin sıxlığına görə 5-cidir.

Milli Statistika Komitəsinin əhali ilə bağlı son hesablamasına görə, ən sürətli artım müharibədən sonrakı demoqrafik partlayışdan başlayıb. 1950 və 1960-cı illərdə doğuşun sayını artırmaq üçün həvəsləndirici tədbirlər görmək vacib hesab olunurdu, çünki artan əhali daha çox işçi qüvvəsi, irəliləyən iqtisadiyyat isə daha çox var-dövlət demək idi. Bu isə özünü təsdiqlədi. Həqiqətən də, belə qəbul olunub ki, iqtisadiyyatı inkişaf etdirmək üçün daha çox insan qüvvəsinin olması vacibdir. Əhalisi artmayan və ya getdikcə azalan ölkələrin gələcəyi yoxdur.

Amma bunu heç də həmişə keçərli aksioma hesab etmək olmaz. Gərək əhalinin nə zaman həddən artıq çox artdığını və bu zaman nə etməli olduğunu da biləsən.

ƏHALİNİN SAYINI İMMİQRASİYA ARTIRIR

Hazırda dünya əhalisinin sayı 7 milyarddır və hər il 78 milyon artır. Hələ ki, dünya ehtiyatları tükənməyib və 19-cu əsrin son 20 ili ilə müqayisədə 20-ci əsrin sonuncu rübündə aclıqdan ölənlərin sayı azalıb.

Əhalinin sayının artmasının isə ən başlıca təkanvericisi immiqrasiyadır. Hər il immiqrasiya edənlərin sayı və dolayısı ilə anası digər ölkənin vətəndaşı olan körpələrin sayı artır.

Hələ ki, dünya ehtiyatları tükənməyib və 19-cu əsrin son 20 ili ilə müqayisədə 20-ci əsrin sonuncu rübündə aclıqdan ölənlərin sayı azalıb
Bu gün Britaniya əhalisinin sayını artıran da məhz bu amildir. Belə ki, ölkədə doğum əmsalı artır və bu, yerli əhalinin də sürətlə çoxalmasına gətirib çıxarır. Nəticədə isə xalqın təbiəti dəyişir, getdikcə etnik və mədəni müxtəliflik artır. Bəzi insanlar bundan məmnundurlar, bəziləri isə əksinə. Amma bunun baş vermədiyini iddia etmək əbəsdir.

SEÇİM ETMƏLİSƏN – GÜCLÜ İQTİSADİYYAT, YOXSA TƏHLÜKƏSİZ GƏLƏCƏK?

Ölkə üzrə cari ənənələrdən çıxış edərək daha çox ehtimal olunan proqnoz odur ki, 2031-ci ildə əhalinin sayı 71 milyona, 2081-ci ildə isə 85 milyona çatacaq. Amma əgər doğum əmsalı gözləniləndən də yüksək həddə baş verərsə və bununla eyni zamanda immiqrasiya və uzunömürlülük də öz yüksək həddində qalarsa, bu rəqəm 108 milyon ola bilər.

Amma ölkənin seçim imkanı da var – bunun üçün o, bir suala cavab tapmalıdır: Yenə həyat qabiliyyətli və iqtisadi cəhətdən güclü ölkə olmaq istəyir? Böyük iqtisadiyyat üçün çox sayda əhali lazımdır. Amerikada olduğu kimi – demək olar ki, tamamilə immiqrasiya əsasında formalaşmış əhalisinin sayı hazırda 300 milyonu keçib.

«BU, HEÇ KİMİN İSTƏMƏDİYİ GƏLƏCƏKDİR»

Hazırda Britaniyada əmək qabiliyyətli hər 100 nəfərin öhdəsinə 61 əmək qabiliyyəti olmayan vətəndaş düşür. İmmiqrasiyanın bugünkü durumunu nəzərə alsaq, 2031-ci ildə bu göstərici 64 olacaq. Belə ki, ölkədəki asılılıq nisbəti getdikcə pisləşir.

Mütəxəssis Rocer Martinin fikrincə, ölkə bu cür artıma tab gətirmək iqtidarında deyil. Onun dediyinə görə, Britaniyada əhali artımı nəzarətdən çıxır və onlar yüksək sıxlığın və narahatedici gələcəyin fərqindədirlər. Başqa sözlə, əhali sıxlığının ehtiyat qıtlığına, xüsusilə də, həyat üçün çox böyük əhəmiyyət kəsb edən su və enerji qıtlığına apardığını bilirlər.

«Əhali arasında istənilən həddə artım ölkəni sabit inkişafdan uzaqlaşdırır, əksinə ekoloji təhlükəyə yaxınlaşdırır. Bu isə heç kimin istəmədiyi gələcəkdir» – deyə Rocer Marti bildirib.

Amma əgər hökumətin siyasətində əsaslı yeniliklər olmazsa, ölkə bu cür gələcəkdən qaça bilməyəcək.
XS
SM
MD
LG