Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:13

Bir milyarddan çox adam acdır


Kabulda azyaşlı qız yardın kisəsinin yanında oturub ailəsini gözləyir, 23 yanvar 2009
Kabulda azyaşlı qız yardın kisəsinin yanında oturub ailəsini gözləyir, 23 yanvar 2009
HƏR ALTI ADAMDAN BİRİ AC YAŞAYIR

BMT-nin məlumatına görə, hər gün milyarddan çox adam ac qalır. Təşkilat oktyabrın 16-nı Dünya Ərzaq Günü kimi qeyd edir. Bu münasibətlə yeni yayılan hesabatında BMT qeyd edir ki, son 40 ildə - 1970-ci ildən bu yana ilk dəfədir ki, dünya üzrə yarıac insanların sayı 1 milyard nəfəri keçir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dünya Ərzaq Proqramı ilə birlikdə yaydığı son hesabatda deyilir ki, dünyada gedən maliyyə böhranı yoxsulluğun kəskin artmasına gətirib çıxarıb. Ərzaq qiymətləri qalxır, ac insanların sayı da dayanmadan artır.
Bağdad yaxınlığında bir kasıb iraqlının evi, 17 aprel 2009

Bir qarın yemək tapa bilməyən insanların demək olar ki, hamısı inkişaf etməkdə olan ölkələrin sakinləridir.

Hesabata görə, Asiya və Sakit okean ölkələrində 642 milyon, Afrikanın sub-səhra zonalarında 265 milyon, Latın Amerikası və Karibdə 53 milyon, Yaxın Şərq və Şimali Afrikada 42 milyon, inkişaf etmiş ölkələrdə 15 milyon adam xroniki qida çatışmazlığından əziyyət çəkir.


DÜNYA ƏHALİSİNİ DOYDURMAĞIN YOLU

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iqtisadçısı David Dave inkişaf etməkdə olan ölkələrin hökumətlərini kənd təsərrüfatına daha çox sərmayə qoymağa çağırıb:

- Bütün kasıb adamlar büdcələrinin çox hissəsini yeməyə xərcləyirlər. Ona görə də ərzağı hamının ala bilməsi üçün bizə qiymətlərin aşağı olması lazımdır. Bunun da yeganə yolu kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır.

Təşkilatın məlumatına görə, 1980-ci illərdən bəri kənd təsərrüfatına yardımlar və özəl sərmayənin həcmi azalır. Əgər 1980-ci illərdə donor ölkələrin yardımlarının 17 faizi kədn təsərrüfatına xərclənirdisə, 2006-cı ildə yardımların cəmi 3.8 faizi bu sahəyə yönəldilib.

Qida hesabalaması sahəsində mütəxəssis Qrainne Maloney qeyd edir ki, Somalidə altı nəfərlik ailə 2009-cu ilin sentyabrında bir ay ərzində ərzağa və başqa əsas ehtiyaclara 171 dollar pul xərcləyib. 18 ay əvvəl bu ailə həmin mallara cəmi 92 dollar verirdi.
Ukrayna, Kiyevin mərkəzində yardım istəyən yaşlı qadınlar 25 mart 2009

Dave son illər ərzağın qiymətlərində kəskin artımın yeganə səbəbini təsərrüfatlara pul qoyulmamasında görür. Onun bildirdiyinə görə, 1970-1980-ci illərdə kənd təsərrüfatına indikindən xeyli çox pul qoyulurdu:

- Nəticə nə idi? Fermerlər daha çox məhsul istehsal edə bilirdilər deyə ərzağın qiyməti aşağı idi, bu da həm kənddə, həm də şəhərdə yaşayan kasıbların xeyrinə idi. Demək olar hamı bundan faydalanırdı. Ona görə kənd təsərrüfatına sərmayələri artırmaq lazımdır ki, məhsuldarlıq yüksəlsin və qiymətlər aşağı düşsün.


30 İL SONRA YEMƏK EHTİYACI İKİ DƏFƏYƏ QƏDƏR ARTACAQ

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, 2050-ci ildə dünya əhalisinin sayı 9 milyard nəfər olanda indikindən 70 faiz çox ərzağa ehtiyac olacaq. Amma bu qədər ərzağı istehsal edib-etməmək mümkün olacaqmı, bu, bilinmir.

1960-cı illərin “yaşıl inqilabı” zamanı gübrələr və ziyanverici həşəratlara qarşı dərmanlardan, həmçinin modern texnologiyalardan istifadə etməklə məhsuldarlıq qəflətən ən yüksək səviyyəyə çatdırılmışdı. Amma bəzi gözləmlərə görə, təxminən 3 milyard nəfər keçmiş dünya əhalisini kütləvi aclıqdan qorumağa yetərli deyildi. İndiki nəslin isə belə bir kənd təsərrüfatı inqilabı yoxdur.
İran, paytaxt Tehran yaxınlığında bir məhəllə, 4 dekabr 2006

Mütəxəssislər deyirlər ki, su ehtiyatları artıq tükənir və əkilə bilən ən yaxşı torpaqlar artıq əkilir. Yerdə qalan sahələr iqlim dəyişmələrinə görə getdikcə daha da yarasız hala düşür. Amma Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hesab edir ki, mövcud imkanlardan daha səmərəli istifadə etmək və təcili çəkildə kənd təsərrüfatına sərmayələri çox ciddi çəkildə artırmaq lazımdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG