Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:20

Bakı yenidən qazlaşdırılacaq


Bakının qaz sistemi yeniləşəcək
Bakının qaz sistemi yeniləşəcək
2009-cu ilin qış aylarında Abşeron rayonunun kəndlərinin, Neftçala, Hacıqabul, Dəvəçi rayonunun və Ağdamın Quzanlı qəsəbəsinin yenidən qazlaşdırılması nəzərdə tutulub.

Bu sözləri «Azəriqaz» İstehsalat Birliyinin rəisi Əkbər Hacıyev deyib.

Onun sözlərinə görə, yenidən qazlaşdırma indiyə qədərki bütün boru sisteminin polietilen borularla əvəzlənməsi və «Smartkart» tipli sayğacların quraşdırılması deməkdir.

Əkbər Hacıyev deyir ki, bu sistemdə qış aylarında qazın verilməsində aşağı təzyiq problemi aradan qalxacaq.

«Azəriqaz» rəhbəri Bakıdakı analoji problemi də sistemin köhnəliyi ilə əlaqələndirib:

«2010-cu ilin yazından başlayaraq paytaxtın yenidən qazlaşdırılması üzrə 2 illik layihəyə başlanacaq. Bununla bağlı xarici şirkətlərdən biri ilə danışıqlar aparılır».

Əkbər Hacıyev bildirir ki, Bakı ilə paralel olaraq ölkənin bütün rayon mərkəzlərində də qaz sistemi yeniləşdiriləcək və «Smartkart» tipli sayğaca keçiləcək. Bu, yığım faizinin maksimum həddə - 100 faizə çatması üçün vacibdir.

İndi ölkə üzrə təbii qaz haqlarının yığım faizi 60-dır.
XS
SM
MD
LG