Fotolar: «Azadlıq» radiosu, AFP, epa, InterPressNews, Itar-Tass, Ukrinform, ISNA, PAJHWOK Afghan News, Photolur, Rifo Dobra, NASA
İl fotolarda
![Üç iranlı narkotik satıcısı Qum şəhərinin mərkəzində edam olunur - 2 yanvar 2008. Üç iranlı narkotik satıcısı ilgəklərdən asılıb. Tehranın cənubundakı Qum şəhərinin mərkəzi meydanına isə qar yağır. Həmin gün İran 13 məhkumu asıb. Onların arasında zinakarlıq edən ərini öldürməkdə təqsirli bilinən iki azyaşlı uşaq anası da var](https://gdb.rferl.org/794D3EB5-FD0F-453C-9250-82054B8044E9_w1024_q10_s.jpg)
1
Üç iranlı narkotik satıcısı Qum şəhərinin mərkəzində edam olunur - 2 yanvar 2008. Üç iranlı narkotik satıcısı ilgəklərdən asılıb. Tehranın cənubundakı Qum şəhərinin mərkəzi meydanına isə qar yağır. Həmin gün İran 13 məhkumu asıb. Onların arasında zinakarlıq edən ərini öldürməkdə təqsirli bilinən iki azyaşlı uşaq anası da var
![Mixail Saakaşvili prezident seçkisinin qalibidir - Prezident Mixail Saakaşvili Tbilisidə inauqurasiya mərasimində](https://gdb.rferl.org/722C3105-2BF7-43A9-863C-6D65CD5B97B1_w1024_q10_s.jpg)
2
Mixail Saakaşvili prezident seçkisinin qalibidir - Prezident Mixail Saakaşvili Tbilisidə inauqurasiya mərasimində
![Əfqanlar kafirlikdə ittiham olunan jurnalistə qarşı ölüm hökmünə etiraz edirlər - Əfqanıstan Həmrəylik Partiyasının üzvləri kafirlikdə günahlandırılan gənc jurnalist Səid Pərviz Kambaxşa çıxarılan ölüm hökmünə etiraz nümayişi keçirirlər](https://gdb.rferl.org/08AAF74B-12C8-40BB-A6CD-197CCE43468E_w1024_q10_s.jpg)
3
Əfqanlar kafirlikdə ittiham olunan jurnalistə qarşı ölüm hökmünə etiraz edirlər - Əfqanıstan Həmrəylik Partiyasının üzvləri kafirlikdə günahlandırılan gənc jurnalist Səid Pərviz Kambaxşa çıxarılan ölüm hökmünə etiraz nümayişi keçirirlər
![Ukraynalı deputatlar Kiyevdə parlamentin yeni sessiyasının açılışında əlbəyaxa olurlar - 5 fevral 2008. Rusiyapərəst Regionlar və Kommunist partiyalarının deputatları parlamentdə «Bizim Ukrayna» və Yuliya Timoşenko bloklarının Qərbpərəst deputatları ilə dava edirlər. Müxalif deputatlar hökumətin NATO-ya qoşulmaq planlarına etiraz olaraq parlamenti boykot edirlər](https://gdb.rferl.org/6FC83379-53ED-4465-A88B-2C6B5319EAD4_w1024_q10_s.jpg)
4
Ukraynalı deputatlar Kiyevdə parlamentin yeni sessiyasının açılışında əlbəyaxa olurlar - 5 fevral 2008. Rusiyapərəst Regionlar və Kommunist partiyalarının deputatları parlamentdə «Bizim Ukrayna» və Yuliya Timoşenko bloklarının Qərbpərəst deputatları ilə dava edirlər. Müxalif deputatlar hökumətin NATO-ya qoşulmaq planlarına etiraz olaraq parlamenti boykot edirlər