SEÇKİ QƏRARGAHLARI
9
Prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin seçki qərargahının yerləşdiyi küçəni tapsaq da, ofisin özünü tapmaq müşkül düşdü. Çünki bizə deyilən yerdə Q. Əlibəylinin seçki qərargahını nə tanıyan vardı, nə də haradasa bunu göstərən bir yazı...
Bu iki otaq əslində Q.Əlibəylinin seçki qərargahının sədri Qorxmaz İbrahimlinin rəhbərlik etdiyi QHT-nin ofisidir və bəzi hallarda seçki qərargahı kimi istifadə olunur...
10

11
Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) prezidentliyə namizədi Fuad Əliyevin prezident seçkisinə necə hazırlaşdığını öyrənmək üçün onun seçki qərargahına yollandıq.
20-ci sahənin köhnə məhəllə yeməkxanalarından birinin birinci mərtəbəsindəki nimdaş dükanında bir nəfər bizi qarşıladı. Dükanın qabağında yeşiklərdə meyvə-tərəvəz düzülüb. «Qazel» maşınında isə Quba almaları müştərilərini gözləyir:
- Mən «Azadlıq» radiosunun müxbiriyəm. Fuad Əliyevin seçki qərargahını axtarırıq, tapa bilmirik.
- Bir dəqiqə gözləyin…Biz qərargaha təzə köçmüşük, nə məsələ lazımdır, mən kömək etməyə hazıram...
12
YAP-ın Bakının mərkəzində yerləşən qərargahının girişində polislər «seçki qərargahına necə gedə bilərəm» sualımızı təəccüblə qarşıladılar. YAP-ın Mətbuat Xidmətindən isə bildirdilər ki, partiya seçki ilə bağlı xüsusi qərargah ayırmayıb. Hakim partiyanın mərkəzi qərargahından reportaj hazırlamaq isə mümkün deyil. Bu halda partiyanın rayon şöbələrindən birində seçki hazırlığını müşahidə etmək istəyimizi bildirdik. Cavab gəldi ki, partiyanın rayon şöbələrinin də qapıları «Azadlıq» radiosunun üzünə bağlıdır...