TÜRKİYƏ-ÇEXİYA: 3-2
14
Futbol üzrə Avropa Çempionatında Türkiyə yığma komandası 1/4 finala çıxdı - Cenevrənin «Stad-de-Jenev» stadionunda keçirilən oyunda Türkiyə yığması Çex Respublikasının komandasını 3-2 hesabı ilə məğlub edib.
Türklər bu görüşdə 2-0 hesabı ilə geridə olsalar da, sonradan hesabı öz xeyirlərinə dəyişə biliblər.
75-ci dəqiqədə Arda Turan, 87-ci dəqiqədə isə Nihat Qəhvəçi hesabı bərabərləşdiriblər. Nihat Qəhvəçi 89-cu dəqiqdə qapıçı Çexlə üz-üzə qalıb və üçüncü topu qapıdan keçirib.
Oyununun son dəqiqələrində Türkiyə yığmasının qapıçısı Volkan Dəmirəl Y. Kollerə qarşı kobud hərəkət etdiyi üçün qırmızı vərəqə alıb.
1/4 finalda türklər Xorvatiya yığma komandası ilə üz-üzə gələcəklər.
VPN-siz açmaq
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman