Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:47

Qax və Şəkidə təbii fəlakət


Azərbaycanın şimal-qərbinə ötən gecə yağan leysan yağışlar təbii fəlakətə səbəb olub
Azərbaycanın şimal-qərbinə ötən gecə yağan leysan yağışlar təbii fəlakətə səbəb olub
Azərbaycanın şimal-qərbinə ötən gecə yağan leysan yağışlar təbii fəlakətə səbəb olub. Təbii fəlakət nəticəsində ən çox ziyan Qax və Şəki rayonlarına dəyib.

Qax rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Tahir İsmayılovun verdiyi məlumata görə, leysan yağışlar nəticəsində Kürmük çayında suyun səviyyəsi xeyli artıb. Sel suları çayın üzərində tikinti işləri aparan «Azərkörpü» ASC-yə məxsus bir neçə vaqonu aparıb. Həmçinin Kürmük çayında suyun səviyyəsinin qalxması nəticəsində rayonun Əlibəyli kəndində körpülər dağılıb, əhaliyə məxsus mal-qaranı sel aparıb. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub və nazirlik tərəfindən rayona xilasedicilər göndərilib.

Leysan yağışlar Şəki rayonuna da ciddi ziyan vurub. Rayon fövqəladə hallar komissiyasının sədri Valeh Ələkbərovun verdiyi məlumat görə, Kiş çayında suyun səviyyəsinin qalxması nəticəsində rayonun içməli su təchizatı iflic vəziyyətə düşüb. Rayonun Vərəzət və Zəyzit kəndlərini birləşdirən 25 metr uzunluğundakı körpünü sel aparıb. Təbii fəlakət nəticəsində dağ kəndlərinə gediş-gəliş məhdudlaşdırılıb.

Təbii fəlakət nəticəsində bölgəyə elektrik enerjisinin verilişi də dayandırılıb. Hazırda hər iki rayonda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması və dəymiş ziyanın miqdarının hesablanması istiqamətində iş aparılır. APA

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG