Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 17:24

Son 30 ildə Naxçıvana bu cür dolu yağmayıb


Təbii fəlakət Naxçıvan MR-nın elektrik şəbəkəsinə də ziyan vurub
Təbii fəlakət Naxçıvan MR-nın elektrik şəbəkəsinə də ziyan vurub
İyunun 28-i axşam saatlarında Naxçıvan Muxtar Respublikasının (MR)nın əksər bölgələrində yağan yağıntı əhaliyə ciddi ziyan vurub. Yağıntının dolu ilə başlayıb leysan yağışla bir saata yaxın davam etməsi binaların dam örtüyünü və pəncərə şüşələrini sındırıb.

Meyvə ağacları eləcədə bitkiçilik sahələri sıradan çıxıb. Kənd yerlərində yağıntının daha şiddətli və uzun müddətli olması bostan sahələrini və taxıl zəmilərini yararsız hala salıb.

Sakinlərin sözlərinə görə, son 30 ildir ki, muxtar respublikada bu cür dolu yağması müşahidə edilməyib. Əkin-biçinlə məşğul olanlar deyirlər ki, yazda əkilən bostan bitkilərinin yetişmə dövrü olduğundan dəymiş ziyanın həcmi böyükdür. Təbii fəlakətin taxılın biçim dövründə baş verməsi isə məhsuldarlığı xeyli aşağı salacaq. Şahidlərin sözlərinə görə diametri təxminən 10-12 sm olan dolu həmin vaxt dolu yağışına düşən quşları belə məhv edib:

Şahidlərdən Allahverdi Vəliyev «Azadlıq» radiosuna bunları deyib: «Çöldə işləyirdik birdə gördük ki, yumurta böyüklükdə dolu yağmağa başladı. Bostandakı qarpızları ikiyə böldü. Taxılın böyük hissəsini yerə tökdü. Həmin vaxt doluya düşən qarğanı da öldürdü. Çox böyük ziyan dəydi».

Təbii fəlakət Naxçıvan MR-nın elektrik şəbəkəsinə də ziyan vurub. Elektrik dirəklərinin aşması səbəbindən MR-nın bəzi yaşayış məntəqələri hələdə işıqsızdır. Elektrik şəbəkəsindən verilən məlumata görə həmin ərazilərdə təmir-bərpa işləri aparılır.

MR Kənd Təsərrüfatı Nazirliyindən isə bildirdilər ki, əkin sahələrinə dəyən ziyanın həcmi müəyyənləşdirilir.
XS
SM
MD
LG