İyulun 4-də bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında aksiya keçirib. Valideynlər şikayətlənirlər ki, orta məktəblərin buraxılış imtahanlarında övladlarına ədalətsizlik olub: Həmçinin oxu: - 5 düz cavabım var fizikadan, amma qiymət yazmayıblar. Bir düzü olana isə qiymət veriblər. Amma Misir Mərdanov deyir ki, 2 düz cavabı olana attestat verilməlidir. Bəs necə olub bir düzü olana attestat verilib? Biz istəyirik bu qiymətləndirilsin. Aksiya bir qədər sonra polis tərəfindən dağıdılıb. Bu il ümumi orta məktəb məzunlarının 1/5 –i, yəni 19 min 770 nəfər attestat ala bilməyib. Onlar ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. İyulun 5-də isə Azərbaycanın ali məktəblərinə bakalavr pilləsi üzrə ilk qəbul imtahanı keçiriləcək. |
Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib
