Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:48

Təzəxan Mirələmli işdən çıxarılır


Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında döyülüb. Foto: Elmin Həsənli
Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında döyülüb. Foto: Elmin Həsənli
AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli işdən çıxarıldığını deyir. Ona bu haqda məktəb direktorunun səlahiyyətlərini icra edən Maya Kərimova şifahi məlumat verib, əmri isə görməyib. Bununla bağlı rayon təhsil şöbəsinə də müraciət edib, amma cavab ala bilməyib.

Təzəxan Mirələmlinin sözlərinə görə, ona Həmkarlar İttifaqının qərarı ilə dərsə gəlmədiyi üçün çıxarılıdığını da söyləyiblər. Amma halbuki bu müddətdə müalicə alıb və üzrlü səbəbdən gələ bilməyib. Bununla bağlı əlində sənəd də olduğunu deyir.

«Aprelin 2-də mitinq zamanı ağır xəsarət aldığım üçün Klinik Tibbi Mərkəzə müraciət etdim. Xəstəxanadan mənim orda 12 aprelə qədər müalicə olunduğum barədə 00003 seriyalı, 554054 saylı bülleten verdilər. Və məni ambulator müalicəyə yazdılar. Cəlilabad rayon poliklinikası da bunu sənədlə təsdiləyir: eyni seriyalı, 415420 saylı bülletenlə. Mən aprelin 29-na qədər ambulator müalicədə olmuşam».

Aprelin 30-da isə Təzəxan Mirələmli məktəbə gedib.

VİDEONU İZLƏMƏK ÜÇÜN BURA DAXİL OLA BİLƏRSİNİZ

«Dərsdə ola-ola jurnalı qeyd aparmaq üçün mənə vermədilər. Məktəb direktorunun səlahiyyətlərini əvəz edən Maya Kərimovadan səbəbini soruşdum, dedi ki, təhsil şöbəsinin müdiri Ədalət Əsgərov ona belə tapşırıq verib. Həmin gün onu təhsil şöbəsinə çağırdılar. Qayıtdıqdan sonra ağlaya-ağlaya söylədi ki, ona təzyiq göstərirlər. Ona deyirlər ki, mənim üzümə dursun, guya mən məktəbdəkiləri təhqir etmişəm, məni də həbs etsinlər».

Yeri gəlmişkən, məktəb direktoru və müəllim arasındakı bu söhbətin videosu da var. O artıq internetdə yayılıb.

Rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov isə AzadlıqRadiosuna deyilənləri təkzib edib. Ə.Əsgərov deyib ki, məktəbdən müəllimin çıxarılması və ya işə qoyulması məsələsi ilə o yox, məktəbin direktoru məşğul olur.

Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında polis tərəfindən döyülüb və bir müddət müalicə alıb.

Bu müddətdə onun oğlu məktəb yoldaşını bıçaqlayıb. İndi o həbsdədir.

Hadisədən iki saat sonra Təzəxan Mirələmlinin evinin qabağında aksiya keçirilib. Rəsmi televiziyalar isə bu hadisədən istifadə edərək əks-təbliğat yönümlü reportajlara hazırlayıblar.
XS
SM
MD
LG