Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 06:59

Cəlilabadda siyasiləşən qətlin pərdə arxası


Əlipənah Rzalı
Bıçaq yarasından vəfat edən Cəlilabad sakini, 10-cu sinif şagirdi Cavanşir Həsənlinin aprelin 7-si üçü idi. Bir qrup Cəlilabad ziyalısı ilə yas mərasiminə baş çəkdik. Yas mərasimində mərhumun əmisi Vətən Həsənovdan C.Həsənlinin valideynlərini soruşduq. Dedi ki, evdədirlər, kədərdən başları ayılmır. V. Həsənov deyir ki, ölüm hadisəsini siyasiləşdirmək düzgün deyil:

«Qətl hadisəsi olub. Vasif Mirələmli bilərəkdən məktəb yoldaşını qətlə yetirib. Vəssalam».

Lakin müxalifət partiyalarının Cəlilabad rayon təşkilatların nümayəndələri ölüm hadisəsinin siyasiləşdirildiyini deyirlər. Müsavat Partiyası rayon təşkilatının nümayəndəsi Əlipənah Rzalı belə hesab edir ki, ölkədə və rayonda mövcud olan ictimai-siyasi mühit yeniyetmələrə pis təsir edir:

«TƏZƏXAN MİRƏLƏMLİNİN ŞƏKLİ QƏZETLƏRDƏ ÇIXANDAN SONRA»

«AXCP rayon təşkilatının sədri Təzəxan Mirələmli 2 aprel mitinqində iştirak edib. Polislər tərəfindən döyülüb, xəsarət alıb. Onun şəkli qəzetlərdə çıxandan sonra ailəsinə, uşaqlarına təzyiq güclənib. Oğlunu bir neçə dəfə məktəbdə döyüblər. Nəhayət boğaza yığılan yeniyetmə qardaşını lağa qoyan adamı bıçaqlayıb».

Ə.Rzalının dediyinə görə, bıçaq yarası almış C.Həsənli sinif yoldaşları ilə xəstəxanaya gedib. Bir neçə dəqiqədən sonra atası da özünü xəstəxanaya çatdırıb. Bəzilərinin fikrincə, yaralıya lazımi yardım göstərilməyib:

QƏTLDƏN BİR SAAT SONRA MİTİNQ...

«Cavanşirin ölümündən bir saat sonra Təzəxan Mirələmlinin yaşadığı evin qarşısında mitinq keçirilir. Cəlilabad icra hakimiyyəti başçısı Əziz Əzizov T.Mirələmlinin Bakıda mitinqdə iştirak etməsini bağışlaya bilmir. Bu ssenari icra hakimiyyəti başçısınındır. Rayonda gərginlik yaradırlar».

Bəzilərinin fikrincə, yaralıya lazımi yardım göstərilməyib
Orta məktəb müəllimi Tahir Tağıyev deyir ki, icra başçısı müxalifət partiyalarının rayon təşkilatlarının üzvlərini sinfi düşmən adlandırıb:

«Müxalifətçilərin də məktəbli uşaqları var. Məktəblərdə siyasi təbliğat gedir. Nəticə də belə olar. Ölüm hadisəsi təşkildir».

Uşaq xəstəxanasının həkimi Davud Qurbanov T.Həsənlinin yaşadığı evin qarşısında keçirilən mitinqdə iştirak etdiyini deyir.

«BİZƏ DEDİLƏR Kİ, HƏMİN YERDƏ TOPLAŞIN»

«Bizə dedilər ki, həmin yerdə toplaşın, hüzrə gedəcəyik. Gəldilər, yığışdılar, başladılar Təzəxan Mirələmlinin ünvanına söz deməyə. Adamlar çaşbaş qaldılar. Bir çoxları çıxıb getdi. Mən belə hesab edirəm ki, bunlar qəbuledilməz hərəkətlərdir».

Cəlilabad rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Malik Şərbətov müxalifətçilərin icra hakimiyyəti başçısının ünvanına dediklərini yalan və böhtan hesab edir .O deyir ki, ölüm hadisəsi mübahisə zəminində məktəbdənkənar bir yerdə baş verib:

«DEYİRLƏR Kİ ,GUYA MƏN VƏ BİR ÇOX HÖRMƏTLİ ŞƏXSLƏR BU AKSİYANI TƏŞKİL EDİB»


«Təzəxan Mirələmlinin oğlu C.Həsənlini bıçaqlayıb və o, xəstəxanaya aparılarkən yolda vəfat edib. Cinayət törətmiş şəxs həbs edilib. Ölənlə öldürülən qonşudurlar. Onların yaxın adamları, ərazidə yaşayanlar yığışıb T.Mirələmlinin yaşadığı evin önündə etiraz aksiyası keçirdiblər. Mən də yaxınlıqda yaşayıram. Nahar fasiləsinə evimə getmişdim. Orada belə bir mənzərəni gördüm.
Təzəxan Mirələmli
Deyirlər ki ,guya mən və bir çox hörmətli şəxslər bu aksiyanı təşkil edib. Bu, yalandır. Ölüm hadisəsində siyasi motiv axtarmaq düzgün deyil .Oğlu cinayət edib və həbs olunub. Təhsil şöbə müdirin ünvanına deyilənləri də yalan hesab edirəm».

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Valeh Məmmədov da onların ünvanına deyilən iradlarla razılaşmır.

HƏKİMLƏR SİYASƏTƏ QARIŞMIR?


«Mən 35 ildir həkim işləyirəm. Yalan demərəm. C.Həsənli 15-30 dəqiqə reanimasiya şöbəsində olub. Əməliyyat etmək üçün həkimlər onun təzyiqini qaldırmaq istəyiblər. Təzyiq sıfırdan yuxarı qalxmayıb. Sonra məlum oldu ki, bıçaq onun aortasını kəsib, qan boşalıb. Əlimizdən gələni etmişik. Biz siyasətə qarışmırıq».

«OĞLUMU İNCİDİBLƏR, TƏHRİK EDİBLƏR»


T. Mirələmli ilə də əlaqə saxladıq. O deyir ki, hələ də Bakı şəhərində müalicə olunur və bu hadisə ilə bağlı təəssüf hissi keçirir:

«Oğlumu incidiblər, təhrik ediblər. Hadisələrin gedişi göstərir ki, bu işdə kimlərinsə əli olub».

Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. İstintaq gedir.
XS
SM
MD
LG