Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:30

Qərbin məşhur universitetləri Şərqdə demokratiyanı neftə qurban verir?


Sarbonna Universiteti, Paris
Sarbonna Universiteti, Paris
Qədim Romada hətta qulların da bir dəfə azad olunandan sonra senator seçilmək haqqı var idi.

Amma indi Birləşmiş Ərəb Əmirliklərində

Yüz minlərlə əməkçi miqrant hüquqsuz vəziyyətdədir.

Hətta miqrantların burada dünyaya gələn uşaqlarına da Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlığı verilmir.

Bunu Amerikanın Northeastern Universitetində hüquq təhsili alan tələbə, "Re-Orient" kitabının həmmüəllifi Sohrab Ahmari Azadlıq Radiosu üçün yazdığı məqalədə xatırladır.

Miqrantları Birləşmiş Ərəb Əmirliklərinə bölgədəki neft bumu gətirib, amma onlar buna oxşar problemlərdən açıq danışa bilmirlər. Çünki dərhal deportasiya edilə bilərlər.

Ölkədə ifadə azadlığına qadağalar var. “Freedom House” təşkilatı bir müddət qabaq iki bloqçunun ölkənin ağrılı problemlərindən yazdıqları üçün həbs edildiyini bildirir.

Burada dəyişən bir şey var – o da axır illərdə çoxlu sayda qərb universitetinin zəngin ölkə olan Birləşmiş Ərəb Əmirliklərində və ümumiyyətlə körfəz ölkələrində filiallar açmasıdır.

Məsələn,

Əbu Dabidə Fransanın Sarbonna Universitetinin filialının gözəl binası və böyük həyəti var

New-York Universiteti də burada Liberal İncəsənət Kolleci açıb.

Dünyadakı məşhur ali məktəblər indiki qlobal böhrandan zərər görürlər. Amma eyni zamanda aparılan araşdırmalar göstərir ki, yaxın 15 ildə dünyada belə məktəblərə ehtiyac təxminən 2 dəfə artacaq. Bu da əsasən sürətlə inkişaf edən üçüncü dünya ölkələrinin hesabına baş verəcək.

Məqalə müəllifi Amerikanın Vanderbilt Universitetinin prorektoru Richard McCarty ilə telefon söhbəti edib.

McCarty deyir ki, onların Əbu Dabidə açacaqları universitetdə tələbələr Amerikadakı kimi azad fikirlərini bildirə və İnternetə çıxış əldə edə biləcəklər.

Amma bir məsələ var ki, bütün bu azadlıqlar Birləşmiş Ərəb Əmirliklərində Qərb
Əbu-Dabidə ictimai kitabxana və mədəni mərkəz
ölkələrindən fərqli olaraq məhdudlaşdırılır.

Universitet təmsilçisinin dedikləri doğrudan da həyata keçəcəkmi?

Vanderbilt Universitetinin təmçilsiçi deyir ki, BƏƏ-dəki problemlərdən xəbərdardılar, amma onların fikrincə, cəmiyyətdə dəyişikliyə ilk növbədə təhsil sistemi vasitəsilə nail olmaq mümkündür.

Amma məqalə müəllifi yazır ki, reallıqda ayrı şey baş verir. Məsələn, bir müddət əvvəl BƏƏ hüquq mühafizə orqanları Sarbonna Universitetinin yerli filialında çalışan Nasser bin Gaith- i həbs ediblər.

Çünki bu iqtisadçı alim cəmiyyətdə islahatlara, o cümlədən məhkəmə sisteminin islahatına ehtiyac olması haqda fikrini ifadə etmişdi.

Human Rights Watch təşkilatının nümayəndəsi
Samer Muscatti deyir ki, BƏƏ rəsmiləri universitetlərə boyun olduqları azadlıqları tam vermirlər.

Başqa sözlə belə universitetlərin professorları yalnız dərs dedikləri 90 dəqiqə ərzində azaddırlar, ondan kənarda susmağa məcburdurlar.

Məqalə müəllifi bildirir ki, demokratik dəyərlərə əsaslanan Qərb cəmiyyətlərindən gəlmə məşhur universitetlərin zəngin Yaxın Şərq ölkələrində biznes qurmaq xatirinə öz dəyərlərini qurban verməsi yolverilməzdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG